Rəcəb Tayyib Ərdoğan

"Türk dili millətimizin birlik zəmanətidir"

20
Ərdoğan: "Mədəniyyətimizin müstəsna dəyərlərini nəsildən nəsilə çatdıran dilimiz çox fərqli mədəniyyətlərin bir-birinə təsir etməsi ilə canlılığını qoruyub"

BAKI, 27 sen — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dili Bayramı münasibətilə açıqlama verib. "Dilimiz millətimizin birlik və bərabərliyinin zəmanətidir", — deyə Ərdoğan bildirib.

Sputnik Trt-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti deyib: "Dünyanın saylı dillərindən olan Türk dili millətin zehninin şəffaflığını, ünsiyyət bacarığını, dünyaya baxışını göstərən xeyli zəngin və köklü dildir. Türk millətinin müstəqilliyini sevən xarakteri, özünə məxsus mədəniyyəti, yaşama və düşünmə tərzi, ən gözəl öz diləndə yəni türkcədə təcəssüm edir".

"Çox geniş bir coğrafiyada danışılan, müştərək tariximizi, mədəniyyətimizi ifadə edən türkcəmiz millətimizin birlik və bərabərliyinin zəmanətidir. Mədəniyyətimizin müstəsna dəyərlərini nəsildən nəsilə çatdıran dilimiz çox fərqli mədəniyyətlərin bir-birinə təsir etməsi ilə canlılığını qoruyub", — deyə Ərdoğan vurğulayıb.

20
Teqlər:
Türk Dili Bayramı, türk dili, dil, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Anar: Türkiyə türkcəsi ortaq türk dili olsun
Akademik Ramiz Mehdiyevin kitabı Ankarada türk dilində çap olunub
Ramiz Mehdiyevin Qarabağ tarixinə dair kitabı türk dilində nəşr olunub
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib
“Sizə bir neçə axmaq adam sayaram ki, 5 dil bilir”
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

27
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

27
Fransa bayrağı, arxiv şəkli

Fransa Senatından Azərbaycan əleyhinə xaincəsinə qərar

122
(Yenilənib 22:12 25.11.2020)
XİN: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

122
Teqlər:
Dağlıq Qarabağ, Fransa

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0