Kimse Yokmu ictimai təşkilatına qarşı cinayət işi başlanıb

"FETÖ işi" çərçivəsində daha 121 nəfər həbs edildi

37
"Kimse Yokmu" ictimai təşkilatına qarşı cinayət işi başlanıb

BAKI, 27 sen — Sputnik. İstanbul şəhər prokurorluğunun Fətullah Gülən şəbəkəsi ilə bağlı apardığı istintaq çərçivəsində "Kimse Yokmu" ictimai təşkilatına qarşı cinayət işi başlanıb. Sputnik Trt-yə istinadən xəbər verir ki, ictimai birliyin 121 üzvü barəsində həbs qətimkan tədbiri seçilib.

Sözügedən təşkilat Qurban bayramı ilə bağlı toplanan ianə pullarını FETÖ-yə ötürməkdə ittiham olunur.

Qeyd edək ki, "Kimse Yokmu" Həmrəylik və Yardımlaşma Dərnəyi 2004-cü ildə İstanbulda yaradılıb. Türkiyə Nazirlər Kabineti birliyi cəmiyyətin mənafeyi üçün çalışan təşkilat kimi qeydə alıb.

37
Teqlər:
"Kimse Yokmu", İstanbul şəhər prokurorluğu, FETÖ, Fətullah Gülən, həbs
Əlaqədar
Ramil Usubov FETÖ-nün Azərbaycanda təşkilatlanmasından danışdı
Hakan Şükür FETÖ-yə lənət oxudu
RBP, DİN və DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi
Azərbaycan siyasətində FETÖ izləri
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib