FAST teleskopu

Başqa planetlərdə həyat axtarışına start verilir

4738
Dünyanın ən nəhəng FAST radioteleskopu digər planetlərdə həyatı axtarmaq və qara materiyanı öyrənmək məqsədilə astronomik hesablamalar aparmaq üçün Sky Eye 1-lərə qoşulacaq

BAKI, 26 sen — Sputnik. Çin alimləri bazar günü ölkənin cənub-qərbində nəhəng FAST radioteleskopunu istismara veriblər. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun tikintisi üçün 30 futbol meydançası boyda ərazi lazım gəlib. Teleskop Çinin cənub-qərbindəki Quyçjou əyalətindəki hündür dağda quraşdırılıb.

Teleskopun diametri 500 metrdir. Konstruksiyanın perimetri 1,6 km-ə bərabərdir. Bu layihəyə qoyulan investisiyanın həcmi 1,2 milyard yuan (180 milyon dollar) dəyərindədir. FAST öz imkanları və həcmi ilə Puerto-Rikoda yerləşən, diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur.

Gözlənilir ki, bu radioteleskop Çinin açıq kosmosu tədqiq etmə imkanları xeyli genişləndirəcək
© REUTERS / via China Daily
Gözlənilir ki, bu radioteleskop Çinin açıq kosmosu tədqiq etmə imkanları xeyli genişləndirəcək

Ötən bazar günü 30 tonluq teleskop şüalandırıcısının quraşdırılması başa çatıb. O, cihazın səthindən 130 metr hündürlükdə yerləşir. Bu şüalandırıcıdan teleskopun canaq-reflektorunun yönləndirdiyi radiodalğaları toplamaq üçün istifadə olunur. Bu, həmçinin ölçü alətlərinin qeydə alınması zamanı siqnalları artırır.

FAST radioteleskopunun tikintisi, 29 iyul 2015-ci il
© AFP 2020 / STR
Teleskopun tikintisinə 2011-ci ilin martında başlanılıb. Onun diametri 500 metr, çevrəsinin uzunluğu 1,6 kilometrdir. Beləliklə, FAST ölçülərinə görə Puerto-Rikodakı diametri 300 metr olan Aresibo teleskopunu geridə qoyur.

Çinin Mərkəzi televiziyasının verdiyi məlumata görə, FAST digər planetlərdə həyatı axtarmaq və qara materiyanı öyrənmək məqsədilə astronomik hesablamalar aparmaq üçün dünyanın ən sürətli kompüterləri olan Sky Eye 1-lərə qoşulacaq. Yeni teleskopun Çinin açıq kosmosu tədqiq etmək imkanlarını nəzərçarpacaq dərəcədə artırmağa kömək edəcəyi gözlənilir.

Daha əvvəl Çin hakimiyyəti radioteleskopun 5 kilometrlik radiusunda yaşayan 9 min insanı bu ərazidən köçürüb. Onlar üçün 600 evdən ibarət iki yeni qəsəbə salınıb və bu qəsəbə onların əvvəllər məskunlaşdıqları yerdən 10 kilometrlərlə aralıdadır. Yeni yaşayış məntəqəsinin tikintisinə hakimiyyət 269 milyon dollar vəsait xərcləyib.

4738
Teqlər:
Sinxua agentliyi, FAST, planet, alim, Çin
Əlaqədar
Yaşayış üçün Yer qədər əlverişli planet tapıldı
"Yad planetdən gələn adam" ölüb
"Qırmızı planet"dən sensasiyalı xəbər: onu kim "bombardıman" etdi?
O, öz planetinə qayıda biləcəkmi?
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

11
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

11
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

13
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

13

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

0
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0