Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyə aviasiyası İŞİD-in mövqelərinə zərbələr endirib

© AP Photo / Selcan HacaogluИстребители турецких ВВС F-16. Архивное фото
Истребители турецких ВВС F-16. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib.

BAKI, 22 sen — Sputnik. Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Məlumata əsasən, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib. Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində çoxlu sayda terrorçu məhv edilib.  

Qeyd edək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb.  

Xəbər lenti
0