Flag of Greece

Yunanıstan Türkiyənin tələbini geri çevirmədi

112
Rəsmi Afina Fətullah Gülən şəbəkəsinə üzv olmaqda şübhəli bilinən 3 nəfər türk hərbçiyə siyasi sığınacaq verməyib.

BAKI, 21 sen – Sputnik. Yunanıstan hökuməti Fətullah Gülən şəbəkəsinə üzv olmaqda şübhəli bilinən 3 nəfər türk hərbçiyə siyasi sığınacaq verməyib.

Sputnik Haberturk-ə istinadən xəbər verir ki, əsgərlərin sığınma tələbi məhkəmə tərəfindən rədd edilib.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Onlar Afinadan siyasi sığınacaq istəyiblər. Türkiyə isə onların geri qaytarılması ilə bağlı Yunanıstana rəsmi müraciət edib. 

112