Türkiyə Suriyaya quru qoşunları göndərəcək?

© AFP 2023 / Iakovos HatzistavrouTürkiyə Silahlı Qüvvələri
Türkiyə Silahlı Qüvvələri - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri: "Hərbçilərimiz əməliyyat çərçivəsində Azad Suriya Ordusuna dəstək verirlər"

BAKI, 21 sen — Sputnik. "Türkiyə Suriyaya təkbaşına quru qoşunu göndərməyəcək".

Sputnik Haberturk-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Fikri Işık jurnalistlərə açıqlamasında deyib. O, bu barədə Suriyada davam edən "Fərat qalxanı" əməliyyatından danışarkən bildirib.

Nazirin sözlərinə görə, Türkiyə hərbçiləri əməliyyat çərçivəsində Azad Suriya Ordusuna dəstək verir: "Azad Suriya Ordusuna lazım olan hər cür dəstəyi veririk və buna davam edəcəyik. Lakin hazırda quru qoşunumuzun bu hərakata qatılması kimi bir planımız yoxdur".

Xəbər lenti
0