Xirosuma şəhəri atom bombası atıldıqdan 1 ay sonra

Həyacan siqnalı: dünyanı dəhşətli nüvə fəlakəti gözləyir

11792
Planetimiz Çernobl AES-də baş vermiş qəzadan daha dəhşətli qəzaya yaxındır

BAKI, 21 sen — Sputnik. Britaniyalı alimlər nüvə araşdırmaları nəticəsində dünyanı dəhşətli fəlakətin gözlədiyini açıqlayıblar. Sassekta Universitetinin alimləri bəyan ediblər ki, bizim planeti 26 aprel 1986-cı ildə Çernobl AES-də baş vermiş qəzadan daha dəhşətli qəza gözləyir.

Sputnik informing-ə istinadla xəbər verir ki, bu barədə "Risk Analysis" məlumat yayıb. Mütəxəssislər qeyd ediblər ki, onlar 200-dən çox nüvə qəzalarını araşdırıblar. Bu zaman nüvə reaktorlarındakı iri qəzaları və xırda insidentləri əks etdirən çox sayda sənədi analiz ediblər.

Bu analizlər göstərib ki, nüvə reaktorlarında fəlakətlər əsrdə 1-2 dəfə deyil, daha tez-tez baş verə bilər. Hətta 1979-cu ildə ABŞ-da baş vermiş "Three Mile Island" qəzasına bənzər qəzalar 10-20 il ərzində deyil, daha tez təkrarlanacaq.

Alimlər bu araşdırmalar nəticəsində əmin olublar ki, qəzaların qabaqcadan proqnozlaşdırılması ilə bağlı standart metodologiyadan istifadə etməklə, onların nə vaxt baş verəcəyini təyin etmək mümkün deyil. Çünki artıq bu metodologiya köhnəlib və özünü doğrultmur.

Mütəxəssislər bildiriblər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) mütləq qəzaların və insidentlərin proqnozlaşdırılması ilə bağlı yeni şkalalar hazırlamalıdır. "Nüvə reaktorlarından müdafiə üzrə daha effektiv sistemin işlənməsi çox vacibdir. Yalnız bu halda biz yeni AES qəzalarından və qorxunc nüvə fəlakətlərindən qabaqcadan xəbər tuta, müvafiq tədbirlər həyata keçirə bilərik" — deyə Sassekta Universitetinin mütəxəssisləri bildiriblər.

11792
Teqlər:
"Risk Analysis", Çernobl AES, fəlakət, alim, nüvə
Əlaqədar
Təbii fəlakətin qurbanları komissiya gələnədək salamat qalmaq üçün dua edirlər
Dünyanı yeni iqlim fəlakətləri gözləyir: qışda yay, yayda isə qış olacaq
Azərbaycanda dağıdıcı təbii fəlakət təhlükəsi
Təbii fəlakətin şahidi: "Heç vaxt belə dəhşətli mənzərə görməmişdim"
İndoneziyada təbii fəlakət 24 nəfərin ölümünə səbəb olub
Övladlarımızı fəlakətə sürükləyirik