ABŞ qırıcıları bu dəfə də polis məntəqəsini “səhvən” bombalayıb

© AP Photo / Scott FenaroliАмериканский самолет готовится к боевому вылету. Архивное фото
Американский самолет готовится к боевому вылету. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Əfqanıstanın Urmuzqan əyalətində baş verib.

BAKI, 19 sen – Sputnik. ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyadan sonra bu dəfə də Əfqanıstanda yanlış hədəf seçib. Sputnik RİA Novosti-yə istinadən bildirir ki, ABŞ qırıcıları səhvən polis məntəqəsini bombalayıb. Hadisə Əfqanıstanın Urmuzqan əyalətində baş verib. 8 nəfər polis işçisi dünyasını dəyişib. Bu barədə yerli Polis İdarəsinin nümayəndəsi bildirib.

Polisin sözlərinə görə, koalisiya qüvvələrinin təyyarələri Trinkot şəhəri yaxınlığındakı Nəzarət-Buraxılış Məntəqəsinə zərbə endirib: "Bu məntəqə terrorçu "Taliban" hərəkatı silahlılarının mövqeyinin 800 metrliyində yerləşir", — deyə polis əməkdaşı vurğulayıb.

Xəbər lenti
0