Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman

Türkiyə parlamentinin sədri Avropanı sərt tənqid etdi

15
İsmail Kahraman çevriliş cəhdinə qarşı şərtsiz qınama gözlədiklərini, lakin gözləntilərinin özünü doğrultmadığını vurğulayıb

BAKI, 16 sen — Sputnik. Fransanın Strasburq şəhərində Avropa ölkələri parlament sədrlərinin toplantısı keçirilib. Toplantıda Türkiyəni Böyük Məclisinin sədri İsmayıl Kahraman təmsil edib.

Sputnik "Akşam" qəzetinə istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt toplantının açılış nitqində Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə toxunub.

"Türkiyədə çox faciəli hadisələrə şahid olduq. Demokratiyanı yox etməyə yönələn çevriliş cəhdi qarşısında vətəndaşlar misilsiz şücaət nümunəsi göstərdilər" — Aqramunt bildirib.

Daha sonra söz alan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman isə avropalı müttəfiqlərindən gileylənib. O, çevriliş cəhdinə qarşı şərtsiz qınama gözlədiklərini, lakin gözləntilərinin özünü doğrultmadığını vurğulayıb.

Çevriliş cəhdindən sonra keçirilən mitinqlərə qarşı bəzi Avropa ölkələrinin mövqelərini də tənqid edən Kahraman deyib: "Bəzi Avropa şəhərlərində dövlət çevrilişi cəhdinə etiraz edərək demokratiyanın müdafiəsi məqsədilə küçələrə Türkiyənin bayraqları ilə çıxan insanlar barəsində araşdırılma aparılması və ya onlara pul cərimələrinin tətbiq edilməsi hansı demokratik dəyərlərlə izah edilə bilər?".

15
Teqlər:
İsmayıl Kahraman, Strasburq, Fransa, Avropa, Türkiyə
Əlaqədar
Türkiyə Avropa İttifaqına oktyabra qədər vaxt verdi
Avropa İttifaqı yenidən Türkiyə ilə bir araya gələcək
Türkiyə-Rusiya yaxınlaşmasında Avropa faktoru
Türkiyə Avropa çempionatına məğlubiyyətlə başladı
Numan Kurtulmuş: “Türkiyə Avropa İttifaqı ilə sazişə riayət edəcək”
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

4
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

4
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

14
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

14
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

0
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

0