Məscidi yandırmaq istəyən şəxs həbs olunub

© REUTERS / St. Lucie County Sheriff's Office/HandoutABŞ-ın Florida ştatında məscid yanıb
ABŞ-ın Florida ştatında məscid yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğının qarşısını almaq mümkün olub. Hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.

BAKI, 15 sen — Sputnik. ABŞ-ın Florida ştatında məscidi yandırmaqda şübhəli bilinən şəxs həbs edilib. Sputnik NBC-yə istinadən xəbər verir ki, Fort Pirsdəki məsciddə yanğın sentyabrın 12-nə keçən gecə qeydə alınıb.

Məsciddəki yanğının qarşısını almaq mümkün olub. Hadisə nəticəsində yaralanan və ya ölən olmayıb.

Yerli polis şefi hadisəni "yanğına cəhd" kimi dəyərləndirib. Polisin əməliyyatı zamanı 32 yaşlı şübhəli şəxs — Cozef Maykl Şrayber saxlanılıb.

Xəbər lenti
0