London

Britaniyalılar "Brexit"dən ziyan görməyiblər

11
Rəsmi statistikaya görə, Avropa İttifaqından ayrılma qərarı ölkədə işsizlik probleminə səbəb olmayıb

BAKI, 15 sen — Sputnik. Böyük Britaniyada (BB) iyul ayı üçün açıqlanan statistikaya əsasən, Avropa İttifaqından ayrılma qərarı ("Brexit") işsizlik məsələsinə təsirsiz ötüşüb. Sputnik bloomberght-ə istinadla xəbər verir ki, BB-də may-iyul aylarında işsizlik 4,9 faiz təşkil edib.

BB Milli Statistika Ofisinin məlumatlarına görə, ölkədə işsizlik may-iyul ayları arasındakı dövrdə 4,9 faiz olan səviyyəsini qoruyub. Keçən ilin eyni dövründə ölkədə işsizlik 5,5 faiz səviyyəsində idi. Milli Statistika Ofisindən verilən açıqlamada, hazırda işsizlik səviyyəsinin 2005-ci ilin iyun — sentyabr dövründən bu yana ən aşağı səviyyədə olduğu qeyd edilib.

23 iyunda keçirilən referenduma baxmayaraq, yalnız iyul ayında işsizlik 4,7 faiz geriləyib. İqtisadçılara görə, iyul ayına dair məlumat "Brexit"in işsizlik üzərində təsirli olmadığını göstərib.

Açıqlamada ölkə üzrə ümumi məşğulluğun 74,5 faiz olduğu və 1971-ci ildən bu yana ən yüksək səviyyəyə çatdığı vurğulanıb. Ölkədə eyni dövrdə ümumi işsizlərin sayı isə keçən ilin eyni dövrünə nisbətən 88 min azalaraq 901 min olub.

11
Teqlər:
ingilis, işsizlik, "Brexit", Avropa İttifaqı, Böyük Britaniya
Əlaqədar
Avropa İttifaqından yeni Britaniya açıqlaması
Türk əsilli siyasətçi Britaniyanı idarə etmək istəmir
Böyük Britaniyasız Avropa İttifaqının gələcəyi - ən arzuolunmaz ssenari hansıdır?
Britaniyalıların qərarı ABŞ-a 1 trillion dollara başa gəldi
Böyük Britaniyanın yeni Baş naziri olacaq adam əslən türk çıxdı