Almaniya hökumətinin qərarı Türkiyədə təşviş yaratdı

© AFP 2023 / ADEM ALTANAlmaniyanın Türkiyədəki səfirliyi. Arxiv şəkli
Almaniyanın Türkiyədəki səfirliyi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ölkədəki alman səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq

BAKI, 15 sen — Sputnik. Almaniya hökuməti təhlükəsizlik səbəbilə Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb alman təmsilçiliklərinə ehtimal edilən terror hücumlarıdır.

Xəbərə görə, Almaniya səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Xatırladaq ki, bu il martın 19-da paytaxt Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini bağlamışdı. Sözügedən terror hadisəsi zamanı 4 nəfər ölmüş, 36 nəfər yaralanmışdı.

Xəbər lenti
0