Ağ Ev

ABŞ-ın digər dövlətlərə müdaxiləsinə bəraət qazandırmaq olmaz

41
(Yenilənib 11:40 14.09.2016)
Bendou: "Amerika özündə olmayan yüz milyardlarla dollar pulu bütün dünyaya nəzarət etmək üçün xərcləməyi dayandırmalıdır"

Reyqanın köməkçisi ABŞ-ı "topa tutdu"
BAKI, 5 sen — Sputnik. "ABŞ-ın maraqları dünyanı əcaib hala salıb — Vaşinqtonun hər hansı bir hərbi müdaxiləsi daha ciddi münaqişələrə səbəb olur".

Sputnik RİA-ya istinadən xəbər verir ki, bunu "The National Interest" jurnalında dərc olunan məqaləsində, Kato İnstitutunun baş elmi işçisi, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın xüsusi köməkçisi D. Bendou yazıb.

Analitikin yazdığına görə, Amerika Birləşmiş Ştatlarının uğursuz xarici siyasətinin arxasında olanlar düşünürlər ki, Vaşinqton daha mütəmadi və həlledici çıxışlar etsəydi, hər şey tam fərqli olardı: "Onların fikrincə, problem Amerikanın müharibələr yaratmasında deyil, əksinə, kifayət qədər müharibə yaratmamasındadır".

Bendou hesab edir ki, bu yanaşma siyasətçilərin ABŞ-ın dünyadakı bütün problemləri həll edə bilməsinə inamlarına əsaslanır: "Əgər bəzi istedadlı insanlar vətəndaşların dəstəyi ilə parlaq strategiyalar həyata keçirsəydi, terrorizm məğlub olardı. "İslam Dövləti" məğlub olardı, Rusiya ələbaxan olardı, İraq əməliyyatları uğursuz nəticələnməzdi, Suriyada sulh olardı, Liviya vahid ölkə olardı, Çin isə daha nəzakətli olardı. Təəssüf ki, təcrübə bu insanların və strategiyanın olmadığını göstərir".

Məqalə müəllifinin fikrincə, Vaşinqton oxşar siyasətin nəticəsindən asılı olmayaraq hərbi müdaxilələrin düzgünlüyünə inanır: "Belə ki, məsələn, İraqdakı müharibə geniş dinlərarası münaqişənin yaranmasında katalizator olub. Bu münaqişə İraqın mülki əhalisi arasında yüz minlərlə itkilərə, xristian icmasının məhvinə, həmçinin Əl-Qaidə və İŞİD qruplaşmalarının yayılmasına gətirib çıxarıb. Liviyanın işğalı da uğursuzluqla nəticələndi, çünki Qəddafinin devrilməsindən sonra qalib gələn qüvvələr ölkəni özləri idarə etmək istədilər — ABŞ-ın işğalçı qüvvələri onlara lazım deyil".

"ABŞ-ın özündə isə Suriya uğursuzluğunu Bəşər əl-Əsəd ilə bağlayırlar. Onu devirib əvəzinə suriyalı Tomas Cefferson, ya Corc Vaşinqtonu qoysaydılar, İŞİD heç vaxt yaranmazdı. Əla əhvalatdır, lakin orada İraqda yaranan dinlərarası ədavətdən heç söz açılmayıb. Əsədin devrilməsi isə, yalnız hakimiyyət uğrunda mübarizənin yeni mərhələyə çıxmasına səbəb olacaqdı", — məqalədə qeyd olunub.

Müəllifin sözlərinə görə, Amerika Birləşmiş Ştatları bütün keçmiş hərbi əməliyyatların uğursuzluq səbəbini siyasətdə deyil, "müəyyən şərtlərin olmaması"nda görür: "Əgər bu şərtlər 15 il ərzində olmayıbsa, gələn 15 il ərzində onlar necə yarana bilər?".

Bendounun sözlərinə görə, ABŞ-ın digər dövlətlərə müdaxiləsinə bəraət qazandırmaq olmaz: "ABŞ özündə olmayan yüz milyardlarla dollar pulu bütün dünyaya nəzarət etmək üçün xərcləməyi dayandırmalıdır".

41
Teqlər:
Reyqan, Bendou, Vaşinqiton, ABŞ, siyasət
Əlaqədar
Diqqətlər yenidən ABŞ-a yönəlib
ABŞ-da Ankaraya yönəlik təhlükəli ssenari
ABŞ öz vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb
Ankara: Türkiyənin addımlarına dair ABŞ-ın bəyanatları yolverilməzdir
ABŞ-ın ikinci şəxsi Ankaraya gəlib
Türkiyədən ABŞ-a sərt ismarıc
"ABŞ nüvə silahlarını Türkiyədən çıxarır"
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

5
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

5
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

6
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

6
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat