Pentaqon İŞİD liderlərindən olan Adnaninin öldüyünü təsdiqləyib

© AFP 2023 / FREDERIC WALLOISЗдание Пентагона в Вашингтоне
Здание Пентагона в Вашингтоне - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxınlığıyla bilinən Adnaninin terror təşkilatının Suriyadakı qabaqda gələn liderləri arasında yer aldığı bildirilirdi.

BAKI, 13 sen — Sputnik. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD-in lider heyətindən olan Əbu Məhəmməd Əl-Adnaninin Suriyanın şimalında iki həftə əvvəl təşkil edilən hücumda öldüyünün təsdiqləndiyini açıqlayıb.

Sputnik “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Pentaqondan verilən açıqlamada 30 avqustda Əl-Bab yaxınlarında Adnaniyi hədəf alan hücumun müvəffəqiyyətli olduğu bildirilib.

Açıqlamada deyilib: "İŞİD-ə işçi yığan, xarici terror əməliyyatlarını idarə edən və təşkilatın baş təbliğat məsulu olan Adnani, Əl Bab yaxınındakı hücumla müharibə sahəsindən təmizlənmişdir".

İŞİD lideri Əbubəkr əl-Bağdadiyə yaxınlığıyla bilinən Adnaninin terror təşkilatının Suriyadakı qabaqda gələn liderləri arasında yer aldığı bildirilirdi. ABŞ Xarici İşlər Nazirliyi 5 may 2015-ci ildə Əbu Məhəmməd əl-Adnaninin tutulmasına kömək edəcək məlumatı verənlərə 5 milyon dollar mükafat veriləcəyini bildirmişdi.

Xəbər lenti
0