Həcc ziyarəti

Həcc ziyarətindən 30 milyard dollar qazanacaqlar

66
Keçən il Səudiyyə Ərəbistanı Həcc ziyarətindən ümumilikdə 22 milyard dollar qazanıb

BAKI, 11 sen — Sputnik. Son vaxtlar neftin qiymətinin aşağı olması Səudiyyə Ərəbistanında ciddi maliyyə problemləri yaradıb. Lent.az CNN-ə istinadən xəbər verir ki, keçən il bu ölkənin büdcəsi 100 milyard dollar kəsirlə yerinə yetirilib. Krallıq rəhbərliyi neft gəlirlərinin yerini turizmlə, xüsusi ilə də dini ziyarətlərin gətirdiyi gəlirlərlə doldurmaq niyyətindədir.

Səudiyyə Ərəbistanında 12 aylıq turizmin inkişaf perspektivlərini araşdıran "Capital Economics" şirkəti bu ölkənin tarixi, mədəni və sosial həyatının il boyu turizmə uyğun olmadığı qəzaətindədir. Bununla belə ərəblər Həcc ziyarəti ilə bağlı turizmi genişləndirə bilər. Bu istiqamətdə isə əsas iş müsəlman ölkələri ilə viza rejimini ləğv etməkdir. Mütəxəssislər hesab edir ki, keçən il İrandan Səudiyyə Ərəbistanına 600 min turust gəlib ki, bu rəqəmi qat-qat artırmaq olar. Həmçinin iri müsəlman ölkəsi olan Türkiyə ilə də viza rejimi götürülməlidir.

Hesablamalara görə, keçən il Səudiyyə Ərəbistanı Həcc ziyarətindən ümumilikdə 22 milyard dollar qazanıb və bu rəqəmi tezliklə 30 milyarda çatdırmaq olar. Ölkə Həcc ziyarəti ilə bağlı infrastrukturun təkmilləşdirilməsinə son bir ildə 13 milyard dollar xərcləyib.

Qeyd edək ki, hər il Ərəbistan yarımadasına Həcc ziyarəti məqsədi ilə təxminən 2 milyon turist gəlir.

66
Teqlər:
Məkkə, zəvvar, ziyarət, Həcc, Səudiyyə Ərəbistanı
Əlaqədar
İran vətəndaşlarının həccə getməsinə bir şərtlə icazə veriləcək
Həcc ziyarəti bahalaşır
AZAL Həcc ziyarətinə gedənlərə vəd verdi
Həcc ziyarətində üçüncü azərbaycanlı zəvvar vəfat edib
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

72
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

72
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ