Nursultan Nazarbayev

Nazarbayev baş naziri işdən çıxardı

47
Kərim Məsimov Qazaxıstan Respublikasının baş naziri postundan azad edilərək Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib

BAKI, 8 sen — Sputnik. Qazaxıstanın baş naziri Kərim Məsimov tutduğu postdan azad edilib və Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Sputnik RİA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Baş naziri Kərim Məsimov
© Photo : vestikavkaza.ru

"Kərim Kajimkanoviç Məsimov Qazaxıstan Respublikasının baş naziri postundan azad edilərək Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edilib", — deyə məlumatda bildirilir.

Prezident Nursultan Nazarbayevin imzaladığı fərmanda, həmçinin bildirilir ki, Qazaxıstan hökuməti Nazirlər Kabinetinin yeni heyəti təsdiqlənənə qədər öz səlahiyyətlərinin icrasını davam etdirəcək. Baş nazir vəzifəsini müvəqqəti olaraq baş nazirin birinci müavini Bakıtjan Saqintayev icra edəcək.

47
Teqlər:
Milli Təhlükəsizlik Komitəsi, baş nazir, Kərim Məsimov, Qazaxıstan
Əlaqədar
Qazaxıstan Prezidenti Azərbaycana səfərə hazırlaşır
Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadıldı
Azərbaycandan qovulan idmançı Rio-2016-nın qızıl medalını Qazaxıstana apardı
Fətullah Gülən Qazaxıstanın da düşməni elan olundu
"Qazaxıstanda baş verənlər Qərbdən idarə olunur"
Politoloq Fikrət Sadıxov

Politoloq: “Şablona çevrilən izahatlar reallığı əks etdirmir”

16
(Yenilənib 12:37 04.08.2021)
Politoloq Fikrət Sadıxov deyir ki, İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır
Fikrət Sadıxov: “Bu, Qərblə İranın münasibətlərinin nəticəsidir”

Oman körfəzində İsrail şirkətinə məxsus neft daşıyan tankerin hücuma məruz qalmasında İran günahlandırılır. Arıq bir çox Qərb dövlətləri bununla bağlı İran hökumətini sərt tənqid edib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, bu cür hallar ilk dəfə deyil ki yaşanır və bu, Qərblə İranın münasibətlərinin nəticəsidir: “Ola bilsin ki, belə bir hadisənin baş verməsində İranın da əli və maraqları var. Ancaq şablona çevrilən izahatlar reallığı əks etdirmir. Əgər bunu İran edibsə, boynuna götürməlidir, kimdən çəkinməlidir axı?! Aydındır ki, tərəflər arasında qarşıdurma gedir. İsraili də başa düşmək olar. İsrail və Qərb dövlətləri bu regionda təhlükəsizliyin təmin edilməsində maraqlıdır”.

Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Nikol Paşinyan, arxiv şəkli

Nikol Paşinyan onun istefasını tələb edən generalı işdən qovub

4920
(Yenilənib 11:48 04.08.2021)
Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

BAKI, 4 avqust - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Hazırlıqlar Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsinin rəisi general-mayor Valerik Koçaryanın vəzifədən azad edilməsi ilə bağlı Prezident Armen Sarkisyana təqdimat göndərib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu ölkənin Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazryan Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, V.Koçaryan 2021-ci il fevralın 21-də N.Paşinyanın başçılıq etdiyi hökumətin istefasını tələb edən yüksək vəzifəli hərbçilərdən biridir.

E.Kazryan bildirib ki, A.Sarqsyan 2021-ci il mayın 4-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini general-leytenant Karen Abramyanı, iyunun 24-də Hava Hücumundan Müdafiə Qoşunları İdarəsinin rəisi Armen Vardanyanı, Silahlı Qüvvələrin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor İşxan Matosyanı, iyulun 7-də isə general-mayor 3-cü ordu korpusunun komandanı Qriqori Xaçaturovu (KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu) Nikol Paşinyanın təqdimatı ilə işdən çıxarıb.

E.Kazryan vurğulayıb ki, həmin generalların hamısı N.Paşinyanın istefasını tələb edən bəyanatı imzalamışdılar.

Paşinyan yenidən Ermənistanın baş naziridir

Qeyd edək ki, avqustun 2-də Ermənistan parlamentində çoxluğu təşkil edən "Vətəndaş müqaviləsi" fraksiyası Baş nazir əvəzi Nikol Paşinyanın hökumət başçısı vəzifəsinə namizədliyini rəsmi olaraq irəli sürüb.

Sputnik Ermənistan-ın verdiyi məlumata əsasən, fraksiyanın katibi Nazeni Baqdasaryan parlament çoxluğunun qərarını özünün "Facebook" səhifəsində paylaşıb.

Ermənistan Konstitusiyasına görə, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi dərhal Baş nazir vəzifəsinə təsdiqləyir. Nazirlər Kabineti isə Baş nazir təsdiq olunduqdan sonrakı 15 gün ərzində təşkil edilir.

Ermənistan prezidenti Armen Sarkisyan N.Paşinyanın ölkənin baş naziri təyin olunması haqda sərəncam imzalayıb.

Ermənistanda parlament seçkiləri

İyunun 20-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" 71, "Hayastan" bloku (Robert Koçaryan başçılıq edir) 29, "Şərəfim var" bloku (Serj Sarqsyan rəhbərlkik edir) 7 yer qazanıb.

Deputat mandatından imtinalar
Ermənistan parlamentinə 18 namizəd, o cümlədən “Vətəndaş müqaviləsi” Partiyasının lideri, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deputat mandatından imtina edib.

Mandatdan imtina edən 16 namizəd “Vətəndaş müqaviləsi” Partiyasını təmsil edir. Paşinyandan savayı, parlamentin spikeri Ararat Mirzoyan da deputat mandatından imtina edib.

Parlamentdə işləməkdən imtina edən digər iki namizəd “Ermənistan” blokunu təmsil edir. Onlardan biri blokun lideri Robert Köçəryan, digəri Marianna Yepremyandır. Parlamentdə yer qazanmış "Şərəfim var" blokundan heç kim deputat mandatından imtina etməyib.

Həmçinin oxuyun:

* Paşinyan və Koçaryan deputat mandatından imtina ediblər

* Ermənistanda kadr problemi: Paşinyan bir nəfəri vəzifədən çıxarıb o birinə təyin edir

Paşinyan dalana dirənib – nazir qoymağa adam tapmır

4920
 Yardımlıda meşə yanğını

FHN: "Yardımlıda meşə zolağında yanğının söndürülməsi əməliyyatları davam edir"

0
(Yenilənib 19:29 04.08.2021)
Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyinə görə yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

BAKI, 4 avqust — Sputnik. Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ilkin hesablamaya əsasən, təqribən 30 hektar ərazi yanıb. Hazırda aktiv yanğın ocaqları, təqribən 1 hektar ərazini əhatə edir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin və Regional Ekologiya İdarəsinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğın mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyindən yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qarşıdakı günlərdə havanın temperaturunun daha da yüksəlməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin oxuyun:

Lənkəranın dağlıq ərazisində baş verən meşə yanğınları söndürülüb

Firuddin Əliyev: “Yanğınların 90 faizi antropogen təsirlər nəticəsində yaranır”

0