Həcc ziyarəti

Həcc ziyarətinin təhlükəsizliyi yəhudilərə həvalə olundu

4018
(Yenilənib 16:55 08.09.2016)
Səudiyyə Ərəbistanı hacıların təhlükəsizliyinin təmin edilməsi üçün İsrailin G4S şirkəti ilə müqavilə imzalayıb. Bu il də Məkkədə zəvvarların təhlükəsizliyini İsrail şirkəti qoruyacaq.

BAKI, 8 sen — Sputnik. Bu günlərdə müsəlman dünyasında Həcc ziyarəti ilə bağlı sensasiyalı xəbər ortaya çıxıb. Sən demə, Səudiyyə hökuməti Həcc ziyarətinin təhlükəsizliyini İsrailə həvalə edibmiş.

Məkkə, Minə dağı
saifuddinlakda.wordpress.com

Sputnik-in xəbərinə görə, İsrailin rəsmi dövlət radiosu bəyan edib ki, bu il də Səudiyyə Ərəbistanı hacıların təhlükəsizliyinin təmin edilməsi üçün G4S şirkəti ilə müqavilə imzalayıb. Hələ ötən il, Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı Mehmet Şeker ərəb mediasına istinadla yazmışdı ki, Həcc ziyarətinin təhlükəsizliyi bir İsrail şirkətinə həvalə olunub.

Bu şirkət, hacıların Ciddədən Məkkəyə daşınmasından tutmuş, onların barmaq izlərinin götürülməsinə və şəkillərinin çəkilməsinə qədər hər cür təhlükəsizlik tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir. Livanın "Əl-Ahbar" qəzetinin yazdığına görə, həccin təhlükəsizliyi 2010-cu ildən etibarən İsrailin G4S şirkətinə həvalə edilib. O şirkətin rəhbəri isə Xalid Bağdadi adlı şəxsdir.

Qəzetin yazdığına görə, bu şirkət yəhudiləri silah-sursatla təchiz edir, onun əməkdaşları isə İsrail həbsxanalarındakı fələstinli məhkumlara işgəncələr verir.

Tam adı "Al Majal G4S" olan bu şirkətin kağız üzərində Britaniya-Danimarka müştərək şirkəti olduğu bildirilir. Lakin o, rəsmən İsraildə fəaliyyət göstərir. G4S hələ 2011-ci ildə Məkkədə Həcc ziyarəti zamanı 7 günlük mühafizəçilər üçün iş elanları verməklə diqqəti cəlb edib. G4S başda Bağdad və Dubaydakı hava limanları olmaqla, 16 ölkədə 44 min əməkdaşı ilə fəaliyyət göstərir.

Şirkətin 2014-cü ildə Londonda keçirilən idarə heyətinin toplantısında Eşli Almanza (Ashley Almanza) bildirmişdi ki, Fələstin tərəfdarlarının BDS (Boycott Desinvestissement Sanctions — beynəlxalq antisionist təşkilatı) silahlılarının hücumlarına məruz qaldıqlarından, 2017-ci ildən tez İsrail həbsxanaları ilə müqaviləni təzələməyəcəklər.

Qeyd edək ki, hər il Həcc ziyarəti zamanı təşkilati problemlər və təhlükəsizliyin lazımınca təmin edilməməsi ucbatından yüzlərlə insan həyatını itirir. Bu amil son illərdə Həcc ziyarətinə olan marağın azalmasına səbəb olub. Səudiyyə hökuməti daha çox zəvvar cəlb etmək üçün ziyarətin təhlükəsizliyini təmin edəcəyi barədə bəyanat verib.

Ötən Həcc ziyarəti zamanı baş vermiş və böyük insan tələfatı ilə nəticələnmiş iki qəzadan sonra İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər korlanıb. İran Həcc ziyarəti zamanı qəzalara və çaxnaşmalara görə, Səudiyyəni qabiliyyətsizlikdə günahlandırıb. Nəticədə İran 2016-cı ildə Səudiyyəyə zəvvar göndərməkdən imtina edib. Türkiyə də Səudiyyəni səriştəsizlikdə günahlandıraraq ziyarətlərin təşkilini bir müsəlman ölkəsi olaraq öz üzərinə götürə biləcəyini açıqlayıb. Bundan sonra Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanı əməkdaşının qoruyacağını bəyan edib.

Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib. Səudiyyə Ərəbistanı Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman ben Abdulla əl-Əmr bildirib ki, krallığın daxili işlər naziri, eyni zamanda, Həcc Məsələləri üzrə Komitənin sədri Şəhzadə Məhəmməd ben Naif əl-Səud tərəfindən təsdiq olunan iş planı, Həcc ziyarətində təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün resursların səfərbərliyini nəzərdə tutur. Onun sözlərinə görə, həcc ziyarətinin təşkilində və təhlükəsizliyin təmin edilməsində 17 mindən artıq təhlükəsizlik xidmətinin əməkdaşı iştirak edəcək və üç min texniki avadanlıqdan istifadə ediləcək.

4018
Teqlər:
hacı, zəvvar, ziyarət, Həcc, Səudiyyə Ərəbistanı, İsrail
Əlaqədar
AZAL Həcc ziyarətinə gedənlərə vəd verdi
Həcc ziyarətində üçüncü azərbaycanlı zəvvar vəfat edib
Türkiyə Həcc ziyarətinin təşkilati işlərini ona verməyi təklif edir
Həcc ziyarəti zamanı növbəti faciə baş verib
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

71
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

71
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

27
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

27
Teqlər:
barel, birja, qiymət, neft

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

0
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

0