Ağ Ev

ABŞ İrana 1.7 milyard dollar kompensasiya ödədi

29
Ağ Ev rəhbərliyi bu məbləği, 1979-cu ilin fevral inqilabından sonra iki ölkə arasında silah satışına dair sövdələşməni yerinə yetirmədiyi üçün ödəyib

BAKI, 7 sen — Sputnik. Birləşmiş Ştatlar hökuməti 1970-ci illərin sonunda baş tutmayan silah sövdələşməsinə görə, bu ilin yanvar ayında İrana 1,7 milyard dollar nağd pul ödəyib. Sputnik Fox News-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, 2016-cı il yanvarın 17-də ABŞ İrana 400 milyon dollar ödəyib. Hər iki tərəf bunu təkzib etsə də, sonradan həmin məbləğin İslam Respublikasında saxlanılan amerikalı girovların azad edilməsi üçün İrana ödənildiyi məlum olub.

Yerdə qalan 1,3 milyard dollar isə yanvarın 19-da Tehrana göndərilib. Ağ Ev rəhbərliyi bu məbləği 1979-cu ilin fevral inqilabından sonra iki ölkə arasında silah satışına dair sövdələşməni yerinə yetirmədiyi üçün ödəyib.

29
Teqlər:
Vaşinqiton, Tehran, kompensasiya, İran, ABŞ
Əlaqədar
ABŞ hərbi gəmisi İran katerinə xəbərdarlıq atəşi açıb
"İranın pulları ABŞ-ın boğazında qalacaq"
İran prezidentindən ABŞ-a tarixi çağırış
ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb
ABŞ-dan ikibaşlı İran açıqlaması
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

3
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

3
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat
Bülənt Ərsoy, arxiv şəkli

Bülent Ersoyun "yaxşılığını" başına çırpdılar

13
(Yenilənib 20:24 30.11.2020)
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib

BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.

Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.

Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.

Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".

13
Teqlər:
dəri, kürk, Bülənt Ərsoy
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən