Çinin Xançjou şəhərində G20 sammiti öz işinə başlayıb

© Sputnik / Сергей Мамонтов / Mediabanka keçidХанчжоу. Архивное фото
Ханчжоу. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Sammitdə 19 üzv ölkələrin və Avropa İttifaqının nümayəndələri iştirak edir.

BAKI, 4 sen — Sputnik. Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb. 

Sputnik xəbər verir ki, Çin sammitin təşkilatçısı kimi dünya ticarəti və investisiyaları sahəsində fəaliyyətlərin əlaqələndirilməsi məsələsini müzakirə mərkəzinə qoyub.

G20 liderləri bu il bütün diqqətlərini investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılmasına yönəldəcəklər.

Sammitdə G20 üzvlərindən başqa İspaniya, Sinqapur, Laos, Qazaxıstan, Misir, Çad, Tailand və Seneqalın nümayəndələri də iştirak edirlər.

Xəbər lenti
0