Rusiyanın baş kardiocərrahı Leo Bokeriya. Arxiv şəkli

Əfsanəvi həkim İslam Kərimovu müayinə etdi

8143
(Yenilənib 12:29 01.09.2016)
Akademik Leo Bokeriya reanimasiyada olan Özbəkistan prezidentinin səhhəti ilə əlaqədar Daşkəndə gedib

BAKI, 1 sen — Sputnik. Əfsanəvi rusiyalı həkim Leo Bokeriya, reanimasiyada olan Özbəkistan prezidenti İslam Kərimovu müayinə etmək üçün Daşkəndə gedib. Bəzi məlumatlara görə, Leo Bokeriya xəstəni əhatəli müayinədən keçirib. Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, həkimin nümayəndələri onun Özbəkistana səfərini şərh etməkdən imtina ediblər.

Lola Kərimova-Tillyayeva (sağda)
© Photo : lola_tillyaeva/instagram

Xatırladaq ki, İslam Kərimovun beyninə qan sızması haqda məlumat verilmişdi. Hazırda o, Daşkənddə dövlət xəstəxanasının reanimasiya şöbəsindədir. Həkimlər isə onun səhhəti ilə bağlı heç bir proqnoz verməyiblər.

Leo Bokeriya Antonoviç (əsl adı — Leonid) Rusiya Federasiyasının baş kardiocərrahı, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Federasiyası İctimai Palatasının üzvüdür. Bokeriya öz fəaliyyəti ərzində bir çox məşhur eksperimentlərə imza atıb. Buraya Rusiyada, eləcə də ölkə xaricində həyata keçirilən və kənardan idarə olunan ürək əməliyyatları, ürək xəstəliklərinin simulyasiyası, krioblasiya, fulgurasiya, lazer fotoablasiya və bir sıra digər yeni üsulları aid etmək olar.

Həkim qan dövranı sistemi, qaz mübadiləsi və aritmiya xəstəliklərinin müayinəsi zamanı kompüter üsullarından fəal istifadə edir. O, bu vaxta kimi taxiaritmiyadan əziyyət çəkən 2000-dən artıq insan üzərində açıq ürək əməliyyatı keçirib.

8143
Teqlər:
reanimasiya, Leo Bokeriya, İslam Kərimov, müayinə, Özbəkistan, prezident
Əlaqədar
Özbəkistan prezident aparatı: İslam Kərimov sağdır
Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti ağırlaşıb və o, xəstəxanaya yerləşdirilib
Özbəkistan Qırğızıstan sərhəddinə qoşun yeridib
Azərbaycan Özbəkistandan taxıl ixrac edəcək