Çimərlikdə müsəlman qadın

Fransada müsəlmanlara qeydi-adi qadağa

93
(Yenilənib 16:09 31.08.2016)
Bu ölkənin çimərliklərinə burkinidə girmək qadağan olunur

Fransada müsəlmanlara qeydi-adi qadağa
BAKI, 31 avq — Sputnik. Son vaxtlara qədər Fransa çimərliklərində "burkini" heç kəsi narahat etmirdi. İndi isə vəziyyət birdən-birə dəyişilib. Bunun niyə məhz indi baş verdiyini yalnız təxmin etmək olar. Buna baxmayaraq, məsələ ilə bağlı xeyli inandırıcı fikirlər səslənir.

Burkini hicablı qadınlar üçün nəzərdə tutulmuş üzgüçülük geyimidir. Bu geyim üz, əl və ayaqlar xaric olmaqla bədənin bütün hissəsini örtür. "Burkini" adı "Bərqə" (bir növ hicab) və "Bikini" (üzmək üçün geyim) kəlmələrinin birləşməsindən yaranıb.

Nəzər salsaq, bu qərar üçün səbəb yalnız Nitsa şəhərində vardı. İyulun 14-də orada baş vermis terror aktı nəticəsində 85 nəfər həyatını itirmişdi. Lakin ilk olaraq avqust ayında yerli instansiya məhkəməsinin qərarı ilə Fransanın Kan şəhərində burkinidən istifadə qadağan edildi. Daha sonra Fransanın digər iri şəhərlərində də burkinidən istifadə qadağan edildi.

Film festivalı paytaxtının bələdiyyə başçısı "Burkini — radikal islamçıların geyimidir, bütövlükdə müsəlmanların geyimi deyil" deyərək "onu dərhal çıxarmaq" əmri verdi. Onu nümunə bilib daha bir Fransa kurortu oxşar davrandı, səbəb kimi isə gigiyena qaydalarını qeyd etdi.

Fransanın baş naziri Manuel Valls qadağa ilə bağlı açıqlama verərək bildirib ki, burkini Fransa dəyərlərinə ziddir və qadını kölələşdirmək anlamına gəlir. Prezident Fransua Olland isə dolaşıq sözlərdən istifadə edib.

"Cəmiyyət hesab edir ki, hər kəs qaydalara uyğundur və heç bir təxribat yoxdur", — deyə Olland bildirib.

Nikola Sarkozi isə prezident seçkilərində iştirakını xatırladaraq, dərhal burkunini "islamçı təxribatı" adlandırıb. O, söz verib ki, qələbə qazansa, bunu qadağan edəcək.

Fransanın Korsika adasında yerləşən Sisko kəndində kütləvi dava baş verib. Davanın səbəbi çimərlikdə burkinidə olan müsəlman qadınların fotosunu bir turistin çəkməyə çalışması olub. Fotoqrafın cəhdlərini görəndə yerli mühacir müsəlmanlar ona mane olmağa çalışıblar, dava başlanıb.

Fransız KİV-in məlumatına görə, turisti yerli yeniyetmələr müdafiə ediblər. "Bıçaqlar, baltalar və qarpunlarla silahlanmış müsəlmanlar yerli sakinlərə hücum edib, iki nəfəri yaralayıblar", — KİV-lər yazıb.

Dünyanın digər yerlərində isə tam fərqli mənzərə görünür. Belə ki, Fransada qapalı geyimlə dənizə girmək qadağan edildiyi halda, Şotlandiyada polislərin rəsmi geyimlərinə hicabı əlavə edərək, belə işləməyə icazə verilib. Kanadada həmçinin, müsəlman polislərə qırmızı uniformaları ilə hicab taxmalarına icazə veriləcəyi bildirilib.

93
Teqlər:
burkini, islam, hicab, müsəlman, Fransa, çimərlik
Əlaqədar
Xristianlarla müsəlmanların birlikdə bayramlaşdığı qeyri-adi müqəddəs yer
Azərbaycan müsəlmanları bayram namazı qılıblar
Vladimir Putindən müsəlmanlara Ramazan təbriki
"Avropa Birliyi xristian klubudur, müsəlman Türkiyənin orada yeri yoxdur"
Həm müsəlmanların, həm də xristianların özününkü saydığı bayram
Bir-biri ilə çəkişən müsəlman ölkələri Azərbaycana nə verə bilər?

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

10
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

10
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

14
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

14
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Çarpayıda gənc cütlük, arxiv şəkli

Hüquqşünas: "Yataq otağından çıxandan sonra söhbət ediləcək mövzu yoxdursa..."

0
(Yenilənib 15:15 19.01.2021)
"Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman o, atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Pandemiya dövründə daha əvvəl müşahidə edilməyən qaydalar tətbiq edildiyi üçün vətəndaşlar bu dönəmdə müxtəlif qayda pozuntuları ilə qarşılaşdılar. Karantin rejimi, SMS-icazə, evdə qalmaq kimi məhdudiyyətlər yenilik olduğu üçün bir çox vətəndaşlar bu vəziyyətlə barışmaqda çətinlik çəkdilər.

Bəs bu dövrdə vətəndaşlar hüquqşünaslara daha çox hansı hüquq pozuntusu ilə müraciət ediblər?

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

© Sputnik / Irade JELIL
Hüquqşünas Tağı Hüseynov

- Pandemiya dövründə vətəndaşları hüquqi istiqamətdə daha çox nə narahat edib?

- Pandemiya dövründə əsas hüquq pozuntuları iki istiqamətdə olub. Yəni şəxslərin bizə müraciətləri boşanma və inzibati orqanların tətbiq etdiyi cərimələrlə bağlı olub. Bir müddət əvvəl, sərt karantin rejimində evdə qalmaq tələbi, kafe və restoranların bağlı olması ailələri, demək olar ki, bir yerə topladı. Bu müddət ərzində mehriban olan ailələr daha da mehribanlaşdı. Problemli ailələrin problemi isə böyüyərək boşanma ilə nəticələndi.

İkinci istiqamətdə olan hüquq pozuntuları əsasən polisin yazdığı cərimələrlə bağlı olub. Belə ki, müraciət edən vətəndaşlar müxtəlif səbəblərlə polisin yazdığı cərimələrlə razılaşmadıqlarını dilə gətirirdilər. Bəziləri qeyd edirdilər ki, SMS müddətinin bitməsindən 2 dəqiqə sonra cərimə yazılıb, bəziləri evinin qapısında ona cərimə yazıldığını bildirirdilər. Bu problemlə qarşılaşan vətəndaşların 99 faizi məhkəməyə müraciət etmir. Düşünürlər ki, 100 manata görə məhkəmələrə vaxt ayırmağa dəyməz.

Ancaq bəzi prinsipial insanlar var ki, axıra qədər davam edirlər. Mən vətəndaşlara izah edirdim ki, məhkəməyə arayış yazmağa 50 manat vəkilə verməkdənsə, cəriməni tətbiq edən quruma müraciət ünvanlasınlar.

- Boşanma müraciətləri ilə bağlı vətəndaşlar səbəb kimi nəyi vurğulayırlar?

- Düzünü desək, son dövrlədə kişilər öz məsuliyyətlərini unudublar. Bir müddət əvvəl qadınlar hüquq bərabərliyi istəyirdilər. Bu da sizə hüquq bərabərliyi. Ailədə kişi və qadınların vəzifələri yazılı şəkildə müəyyən edilmədiyi üçün ailə daxilində ər və arvad ailədə öz vəzifəsini bilmir. Ərzaq, əmlak, yemək almaq və s. kimin vəzifəsidir? Heç kim bilmir. Çox qəribədir, ailədə kişi yeyib-yatanda, işləməyəndə məsuliyyətə cəlb edilmir, amma ayrılandan sonra aliment ödəməyəndə cəlb edilir.

Boşanmaların digər səbəbi isə xəyanətdir.

Sosial şəbəkələr xəyanətlərin artmasına səbəb olur. Qadın və ya kişi sosial şəbəkədə kimləsə tanış olur və düşünür ki, ərim, arvadım onsuz da bilməyəcək. Amma artıq texnologiya inkişaf edib. Bütün şəbəkələrin mesajlarını tutmaq mümkündür.

Kişilər unutmamalıdırlar ki, qadınla ailə həyatı quran zaman atası evindən çıxanda əxlaqsız olmur ki?! Əxlaqsız idisə, niyə alırdın? Deyildisə, deməli, sənin əlində əxlaqsız olub.

Qadınlar da ailə həyatına müvəqqəti baxırlar. Yəni ərə sadəcə ərə getmək, ana olmaq xatirinə gedirlər. Düşünmürlər ki, həyat yoldaşı olmaq da özü də gözəl statusdur.

Qızlar oğlanı tanımadan ailə həyatı qururlar. Bəzən olur ki, onlar yataq otağından çıxandan sonra yarım saat söhbət edə biləcək mövzu tapa bilmirlər.

Bu səbəbdən də ailələr uzun müddətli olmur.

- "Aliment Fondu"nun yaradılması müzakirə edilir.

- Fondun yaradılması bir neçə il əvvəl də müzakirə edilmişdi. Ancaq bu müzakirələr reallaşmadı. Çünki bu fondun yaradılması boşanmaların artmasına səbəb ola bilərdi. Məsələn, qadınlar onu incidən həyat yoldaşları ilə birlikdə yaşamaqdan imtina edəcəkdilər. Düşünəcəkdilər ki, əgər fond varsa, heç kişini aliment üçün məhkəməyə də verməyə ehtiyac qalmayacaq. "Aliment Fondu" uşağa aliment ödəyəcək.

Ancaq bu gün qadınlar düşünürlər ki, boşansalar, aliment də ala bilməsələr, uşağa tək baxa bilməyəcəklər. Məcburən güzəştə gedib, ailə həyatını davam etdirməli olurlar.

Bu səbəbdən də fondun müzakirəsi dayandırıldı.

Hesab edirəm ki, uşaq pulunun verilməsi müzakirə edilməlidir. Məsələn, hər uşağa 100 manat uşaq pulu ayrılsa, boşanma olsa belə, kişi öz payına düşən 75 manatı ödəməli olar.

Ölkədə hamı 2000 manat maaş almır. Normal maaş 500 manatdır. Əgər bu maaşı alan kişinin iki uşağı varsa, uşaqlara 350 manat ödənilməlidir. Bu da təbii ki, kişiyə də sərf etmir. Mən hesab edirəm ki, kişilərə güzəşt etmək lazımdır. Aliment verməyən kişi Azərbaycan üçün üz qarasıdır. Ancaq kişilərin gəlirləri də nəzərə alınmalıdır.

0
Teqlər:
müsahibə, problemlər, kişi, qadın, hüquqşünas