Боевые корабли НАТО. Архивное фото

ABŞ hərbi gəmisi İran katerinə xəbərdarlıq atəşi açıb

27
(Yenilənib 23:55 25.08.2016)
Fars körfəzinin şimal hissəsində İran kateri iki ABŞ və bir Küveyt gəmisinə yaxınlaşıb. Radiostansiya ilə qısa təmasdan sonra ABŞ gəmisi suya üç xəbərdarlıq atəşi açıb.

BAKI, 25 avq — Sputnik. ABŞ Hərbi-Dəniz Qüvvələri İran katerinin yaxınlaşmasına görə xəbərdarlıq atəşi açıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.  

Məlumata görə, Fars körfəzinin şimal hissəsində İran kateri iki ABŞ və bir Küveyt gəmisinə yaxınlaşıb. Radiostansiya ilə qısa təmasdan sonra ABŞ gəmisi suya üç xəbərdarlıq atəşi açıb.  

27
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15