Türkiyənin ana müxalifət lideri ölümdən döndü

© REUTERS / Umit BektasKamal Kılıçdaroğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri
Kamal Kılıçdaroğlu, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Artvin şəhər mərkəzinə yola düşən Kamal Kılıçdıroğlunun avtomobil karvanı polislə terrorçuların atışmasının ortasında qalıb

BAKI, 25 avq — Sputnik. Türkiyənin ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun avtomobil karvanı, Artvin vilayəti ərazisində hərəkət edərkən polislə terrorçular arasındakı atışmanın ortasında qalıb.

Marmaris şəhərində polis. 16 iyul 2016-cı il - Sputnik Azərbaycan
Müxalifət liderinin qohumu Prezidenti qoruyarkən həlak oldu

Sputnik CNN Türk-ə istinadən xəbər verir ki, Kılıçdaroğlu bu gün, əvvəlcə təyyarə ilə Qars şəhərinə, oradan isə avtomobillə Gürcüstanla həmsərhəd Artvinə gedib. O, Artvinin Şavşat qəsəbəsində toplaşan partiya tərəfdarları qarşısında çıxış edib. Sonra Artvin şəhər mərkəzinə yola düşən müxalifət liderinin avtomobil karvanı magistral yolda polislər tərəfindən dayandırılıb.

Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. Kamal Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.

K. Kılıçdaroğlunun köməkçilərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib. Lakin başqa bir məlumata görə, naməlum terrorçular K. Kılıçdaroğluna hücum planlaşdırıblar. Hadisə ilə bağlı təhqiqat başlayıb.

Xəbər lenti
0