Hakan Şükür, Türkiyənin futbolçusu

Hakan Şükür FETÖ-yə lənət oxudu

115
Məşhur futbolçu: "Seçilmiş prezidentimizə, hökumətimizə və demokratiyamıza qarşı törədilən xain təşəbbüsü bir daha lənətləyirəm, şəhidlərimizə rəhmət diləyirəm"

BAKI, 25 avq — Sputnik. "Mən onların belə olduğunu bilmirdim. Ölkəmin və prezidentimin yanındayam".

Sputnik Milliyet-ə istinadən xəbər verir ki, bunu Türkiyə futbol millisinin və Qalatasaray futbol klubunun keçmiş üzvü Hakan Şükür, Fətullah Gülən şəbəkəsi barədə öz Twitter səhifəsində yazıb. O, ailəsindən heç kimin F. Gülən şəbəkəsinə bağlı olmadığını, habelə bu qruplaşmanın etdiklərindən məyus olduğunu qeyd edib.

"Seçilmiş prezidentimizə, hökumətimizə və demokratiyamıza qarşı törədilən xain təşəbbüsü bir daha lənətləyirəm, şəhidlərimizə rəhmət diləyirəm", — məşhur futbolçu vurğulayıb.

Xatırladaq ki, Hakan Şükürün Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda məhkəmə qərar verib, atası isə FETÖ-yə maliyyə yardımı göstərməkdə şübhəli bilinərək həbs olunub.

115
Teqlər:
FETÖ, Fətullah Gülən, Hakan Şükür, Qalatasaray, Türkiyə
Əlaqədar
Türkiyədə növbə Hakan Şükürə çatıb
Hakan Şükürün fanatlarına bəd xəbər
RBP, DİN və DTX "FETÖ əməliyyatları" ilə bağlı birgə açıqlama verdi
Azərbaycan siyasətində FETÖ izləri
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

12
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

Bakıdakı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

30
(Yenilənib 12:27 26.11.2020)
Paytaxt sakinləri səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

BAKI, 26 noyabr — Sputnik. Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

APA-nın məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. 

  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
1 / 5
© Photo : TREND
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

 

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. 

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik". 

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın". 

Bəyanatı "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti", "Gənc Vətənpərvərlər" və digər qeyri-hökumət təşkilatları imzalayıb. 

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

30
Teqlər:
etiraz, səfirlik, Fransa, Bakı, Azərbaycan
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

0
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam