Azas Suriya Ordusunun əsgərləri Cerablusda

Suriyanın Cerablus şəhərı İŞID-dən azad edilib

11
(Yenilənib 23:08 24.08.2016)
Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.

BAKI, 24 avq — Sputnik. Türkiyə ilə sərhəddə yerləşən Cerablus şəhəri Azad Suriya Ordusunun nəzarəti altına keçib.

Sputnik-in “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.

Məlumata əsasən, Türkiyə ordusu itki verməyib. Azad Suriya Ordusunun bir əsgəri həlak olub, 10-u yaralanıb.

Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.

11