Türkiyə tankları Suriya ərazisində

Türk ordusu Suriyada bir kəndi İŞİD-dən təmizlədi

106
(Yenilənib 16:55 24.08.2016)
"Fırat Kalkanı" əməliyyatında Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib

BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Suriyanın Cerablus bölgəsinin İŞİD-dən azad edilməsi ilə bağlı səhərdən başlanan əməliyyat davam edir.

Azad Suriya Ordusu Türkiyə sərhədindən təxminən 3 kilometr cənubda və Cerablus mərkəzindən təxminən 5 kilometr qərbdə yerləşən Keklice kəndini İŞİD-in əlindən alıb. Kənddə yerləşən Azad Suriya Ordusu, buradan şərq istiqamətində mərkəzə doğru irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyi gücləndirir.

Türkiyə Silahlı Qüvvələrinin Fırat Kalkanı əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib
© Photo : AA
Türkiyə Silahlı Qüvvələrinin "Fırat Kalkanı" əməliyyatı çərçivəsində, Azad Suriya Ordusu Keklice kəndini ələ keçirib

TSK da Cerablus bölgəsində İŞİD hədəflərini döyüş təyyarələri və toplarla atəş altında saxlamağa davam edir. Azad Suriya Ordusunun zirehli birliklər ilə bərabər Cerablusun mərkəzinə doğru hərəkət edəcəyi bildirilir.

106
Teqlər:
Azad Suriya Ordusu, "Fırat Kalkanı", TSK, Türkiyə Silahlı Qüvvələri, əməliyyat, İŞİD
Əlaqədar
Türkiyə tankları Suriya ərazisinə daxil oldu
Türk ordusu Suriyada hərbi əməliyyata başladı
Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
Türkiyədən gözlənilməz Suriya qərarı
"Türkiyə Suriya məsələsində öz siyasətinə korrektələr edəcək"
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

12
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

12
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

82
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

82
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli

Sergey Lavrov Moskvada Ceyhun Bayramovla görüşüb

0
Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

BAKI, 21 oktyabr — Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycandan olan həmkarı Ceyhun Bayramovla görüşüb. Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirdiyinə görə, məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

"Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib", - deyə məlumatda qeyd olunub.

0