Tank

Türkiyə tankları Suriya ərazisinə daxil oldu

57
(Yenilənib 15:45 24.08.2016)
Tank birlikləri İŞİD mövqelərini bombalamağa başlayıb

BAKI, 24 avq — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus tanklar "Fırat Kalkanı" adı verilən əməliyyat çərçivəsində Suriya ərazisinə girib. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, TSK-nın səhər saatlarında Suriyanın şimalında başladığı əməliyyat davam edir.

Tank birlikləri Suriya sərhədini keçərək İŞİD mövqelərini bombalamağa başlayıb. Hazırda davam edən əməliyyat sərhəd təhlükəsizliyinin təmin edilməsi və İŞİD ilə mübarizə çərçivəsində koalisiya güclərinə dəstək vermək məqsədi daşıyır.

57
Teqlər:
"Fırat Kalkanı", TSK, tank, Türkiyə Silahlı Qüvvələri, əməliyyat, Suriya, İŞİD
Əlaqədar
Türk ordusu Suriyada hərbi əməliyyata başladı
Rusiya-Türkiyə yaxınlaşması Suriyaya nə vəd edir?
Türkiyədən gözlənilməz Suriya qərarı
"Türkiyə Suriya məsələsində öz siyasətinə korrektələr edəcək"
Suriyada dəhşət baş verir: terrorçular əhaliyə qarşı kimyəvi silahdan istifadə ediblər
Suriyada Rusiyaya məxsus hərbi helikopterin vurulduğu rəsmən təsdiqlənib
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

51
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

51
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

24
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

24
İmza, arxiv şəkli

Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramına dəyişiklik edilib

0
Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci ildən başlaması nəzərdə tutulurdu.

Həmçinin, DSK, NRYTN, DİN tərəfindən Avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsinə də 2021-ci ildən başlanılacaq.

Sərəncama əsasən, DSK, İN tərəfindən Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsi 2021-2024-cü illəri əhatə edəcək. Əvvəl bu prosesin 2020-2023-cü illəri əhatə etməsi müəyyən edilmişdi.

0
Teqlər:
Prezident İlham Əliyev, sərəncam, ƏƏSMN, DSK, statistika, Dövlət Proqramı