Dünya liderlərindən "Türk xalqının yanındayıq" mesajları

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnkara
Ankara - Sputnik Azərbaycan
Abunə olmaq
Qaziantepdə baş verən dəhşətli terror beynəlxalq ictimaiyyətin sərt reaksiyasına səbəb olub

BAKI, 22 avq — Sputnik. Avqustun 20-də Qaziantep şəhərində törədilən və 51 insanın öldüyü xain terror aktına beynəlxalq ictimaiyyət sərt reaksiya göstərib. Azərbaycan, ABŞ, Rusiya, Fransa, Misir və sair ölkələrin rəhbərləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verərək hücumu pisləyib.

Теракт в Газиантепе. 21 августа 2016 года - Sputnik Azərbaycan
HADİSƏ
Türkiyədə toyda partlayış törədilib, 30 nəfər ölüb

Sputnik Trt-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ərdoğana başsağlığında deyib: "Türkiyə ilə terrorla mübarizədəki əməkdaşlığımızı hər baxımdan gücləndirməyə hazırıq".

Rəsmi Vaşinqton da Qaziantepdəki terror aktını pisləyən açıqlama yayaraq bildirib ki, bu xain hücumu həyata keçirənlər barbar şəkildə toy mərasimini hədəf götürərək, onlarla insanın həlakına, onlarla insanın isə yaralanmasına səbəb olublar. Açıqlamada viste-prezident Co Baydenin Türkiyəyə səfəri zamanı terrorla mübarizənin də gündəmdə olacağı bildirilib.

ABŞ Dövlət Katibliyi də hücumu "iyrənc" olaraq dəyərləndirib və "terror fəlakətinə qarşı" mübarizədə rəsmi Ankaraya yardım təklif edib. Dövlət Katibliyinin açıqlamasında bildirilir: "Biz müttəfiq və tərəfdaşımız Türkiyənin yanındayıq və ortaq bir təhdid olan terrorla mübarizədə öhdəliklərimizi yerinə yetirəcəyimizi bir daha ifadə edirik".

Fransa prezidenti Fransua Oland, İngiltərə xarici işlər naziri Boris Cansın və Almaniya kansləri Angela Merkel açıqlamalarında hücumu sərt şəkildə pisləyərək, "terrora qarşı mübarizədə Türkiyənin yanındayıq" mesajı veriblər.

İsrail və Misir də terror hücumunu pisləyən açıqlamalar yayıb. Misir, həmçinin "Misir xalqı belə həssas bir dövrdə Türk xalqının yanında yer almaqdadır" açıqlaması verib.

İsveçin xarici işlər naziri Margot Valstrom terror hücumunu sərt dillə pislədiyini bildirərək deyib ki, "Türkiyə ilə terrora qarşı mübarizədə əməkdaşlıq etməyə hazırıq".

Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı terror aktını pisləyib: "Bu xain hücum nəticəsində həyatını itirənlərə rəhmət, yaralılara isə təcili şəfa diləyirəm".

Türkiyədə terror - Sputnik Azərbaycan
Türkiyənin başı terrordan açılmır

İtaliya prezidenti Serco Mattarella da Ərdoğana başsağlığı məktubu ünvanlayaraq bildirib ki, dinc vətəndaşları hədəf götürən bu xain hücum dəyərlərimizi, prinsiplərimizi qətiyyətli şəkildə qorumaqda, terrorla mübarizədə bizi fikrimizdən yayındırmayacaqdır.

İran, Pakistan, Avstriya, Gürcüstan, Albaniya, Rumıniya, Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və Qətər də hücumu pisləyən ölkələr arasındadır. Papa Fransis də bazar günü keçirilən dini mərasimdə həyatını itirənlər üçün dua edib.

Avropa Parlamentinin sədri Martin Şulz da açıqlama verərək deyib ki, "terrorçular sevginin və həyatın bayram edildiyi bir yerə ölüm və kədər gətirdilər". BMT-nin Baş Katibi Pan Gi Mun hücumu pisləyərək, terrorla mübarizədə və bu cür hücumların qarşısının alınmasında regional və beynəlxalq cəhdlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti
0