Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Hədəflərimizə yaxınıq"

© AFP 2023 / SAUL LOEBABŞ-ın Federal Ehtiyatlar Sistemi
ABŞ-ın Federal Ehtiyatlar Sistemi - Sputnik Azərbaycan
Abunə olmaq
FED-in sədr müavini: "Bu il məşğulluğun artım tempi keçən ilə nisbətən zəifdir. Lakin baş verən artım məşğulluq bazarının yaxşılaşmağa doğru davam etməsi üçün lazım olandan çoxdur"

BAKI, 22 avq — Sputnik. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədr müavini Stenli Fişer təmsil etdiyi qurumun tam məşğulluq və 2 faizlik inflyasiya hədəflərinə çatmağa yaxın olduğunu söyləyib. Sputnik milliyet-ə istinadla xəbər verir ki, ABŞ-da məşğulluq bazarının tam güclənməyə yaxın olduğunu ifadə edən FED sədrinin müavini, iqtisadiyyatın güclənməsini optimist qiymətləndirərək "hədəflərimizə yaxınıq" deyib.

Bununla yanaşı, bu il məşğulluğun artmasının keçən ilə nisbətən zəif olduğunu deyən Fişer, ancaq baş verən artımın məşğulluq bazarının yaxşılaşmağa doğru davam etməsi üçün lazım olandan çox olduğunu da vurğulayıb.

Xəbər lenti
0