Əhməd Davudoğlu - Türkiyənin baş naziri

Əhməd Davudoğlunun "sağ əli" həbs olundu

123
(Yenilənib 14:25 19.08.2016)
FETÖ əməliyyatları çərçivəsində, Davudoğlunun xarici işlər naziri işlədiyi dövrdə onun katibi və xüsusi müşaviri olan Gürcan Balıq saxlanılıb

BAKI, 19 avq — Sputnik. Ankara Baş Prokurorluğunun FETÖ istintaqı çərçivəsində daha bir önəmli sima göz altına alınıb. Sputnik milliyet-ə istinadla xəbər verir ki, keçmiş baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri işlədiyi dövrdə onun katibi və xüsusi müşaviri olan, "sağ əli" kimi tanınan Gürcan Balıq saxlanılıb.

Gürcan Balıq
© Photo : milliyet.com.tr
Gürcan Balıq

2016-cı ilin yanvar ayında işdən çıxarılan Gürcan Balıq Davudoğlunun xarici işlər naziri işədiyi dövrdə nazirlikdə nüfuzlu simalardan biri olub. Davudoğlu xarici işlər naziri kimi çalışdığı dövrdə, 2013-ci ilin sentyabr ayında o dönəmin prezidenti Abdulla Gül ilə birlikdə BMT-nin konfransına qatılmaq üçün Nyu-Yorka getmişdi.

Davudoğlu, Abdulla Gülün BMT-də çıxış etdiyi gün, Pensilvaniyaya gedərək Fətullah Gülən ilə görüşmüşdü. Abdulla Gülün bu ziyarətdən daha sonra xəbəri olmuşdu. Gürcan Balıq Gülün xarici siyasət üzrə baş müşaviri olmasına baxmayaraq bu ziyarəti Gülə söyləməmişdi.

Xatırladaq ki, Ankara Baş Prokurorluğunun təlimatı ilə Ankara polisi, dünən səfirlər Tuncay Babalı ilə Ali Fındıkı da saxlamışdı.

123
Teqlər:
Gürcan Balıq, Ankara Baş Prokurorluğu, FETÖ, Fətullah Gülən, Əhməd Davudoğlu
Əlaqədar
Ərdoğan PKK-nın terror aktlarının arxasında FETÖ-nun durduğunu deyib
"FETÖ yerini PKK-ya buraxıb"
FETÖ-dən Azərbaycana hansı təhlükə gözlənilir?
Dövlət Departamenti: Biz Türkiyə və ya FETÖ arasında seçim etməyəcəyik
Ərdoğan: FETÖ Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb
Bayraq festivalı

"Eşkiya dünyaya hökmdar olmaz"ın İlyas Çakırbeylisi Azərbaycan gerbini hazırladı

21
(Yenilənib 00:43 22.01.2021)
Məşhur aktyor iş prossesini özünün "instagram" hesabında paylaşım edib: "Yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər".

BAKI, 22 yanvar — Sputnik. "Eşkiya dünyaya hökmdar olmaz" serialında İlyas Çakırbeyli rolunu canlandıran Ozan Akaba Azərbaycanın milli gerbini hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktyor iş prossesini özünün "Instagram" hesabında paylaşıb. Aktyor "yavaş-yavaş, ehtiyatla, öyrənə-öyrənə.... Sakitlik hər zaman mümkündür. Nə edəcəyini bil yetər" yazıb. Azərbaycandan olan izləyicilər aktyora xoş rəylər yazıblar.

View this post on Instagram

A post shared by Ozan Akbaba (@ozanakbaba)

Qeyd edək ki, aktyor "Aman Reis Duymasın", "Abluka", "Mutlak Adalet", "Krallar Kulübü", "Kadir ve Kardeşleri" və s. filmləri ilə məşhurdur.

21
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

9
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

9
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

0
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj