Bitlisdə terror

Türkiyədə bir gündə üçüncü terror: 4 ölü, 7 yaralı var

20
PKK terrorçularının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı 1 kənd qoruyucusu həlak olub, 1 əsgər yaralanıb

BAKI, 18 avq — Sputnik. Türkiyənin Bitlis əyalətinin Hizan rayonunda PKK mənsublarının təşkil etdiyi hücumda 4 təhlükəsizlik işçisi həlak olub, 7 əsgər yaralanıb. Sputnik "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Hizan rayonunun Nazar kəndində PKK terrorçularının zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat zamanı 1 kənd qoruyucusu — Müslüm Yaldız həlak olub, 1 əsgər yaralanıb.

Əməliyyatlardan dönərkən zirehli hərbi vasitəyə terroristlər tərəfindən hücum reallaşdırılıb. Hadisə yola döşənmiş əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində baş verib. Partlayışda 3 əsgər həlak olub, 6 əsgər yaralanıb. Yaralı əsgərlər Bitlis dövlət xəstəxanasına aparılıb. Bölgədə hava dəstəkli əməliyyat davam edir.

20
Teqlər:
Bitlis əyaləti, PKK, Türkiyə, terror
Əlaqədar
Türkiyədə növbəti dəhşətli terror aktı
Türkiyədə terror baş verib
Türkiyə sarsıldı – dəhşətli anların videogörüntüsü