Patrik Hikki - Avropa Ölimpiya Komitəsinin prezidenti

Patrik Hikki səlahiyyətlərini dondurub

120
(Yenilənib 00:08 18.08.2016)
Son hadisələr və səhhətinin pisləşməsi ilə əlaqədar Patrik Hikki müvəqqəti olaraq Avropa Olimpiya Komitəsi və İrlandiya Milli Olimpiya Komitəsində səlahiyyətlərini dondurmaq barədə qərar verib.

BAKI, 17 avq-Sputnik. Patrik Hikki Avropa Olimpiya Komitəsinin (AOK) və İrlandiya Milli Olimpiya Komitəsinin prezidenti səlahiyyətlərini müvəqqəti olaraq dondurub.

Sputnik APA-ya istinad edir ki, bu barədə Avropa Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.

"Son hadisələr və səhhətinin pisləşməsi ilə əlaqədar Patrik Hikki müvəqqəti olaraq Avropa Olimpiya Komitəsi (AOK) və İrlandiya Milli Olimpiya Komitəsində (OCİ) səlahiyyətlərini dondurmaq barədə qərar verib" — məlumatda deyilir.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Patrik Hikki bu gün Rio-de-Janeyroda həbs edilib. O, Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb. Sonra özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.

120
Teqlər:
Rio-2016, Rio-de-Janeyro, İrlandiya Milli Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Patrik Hikki
Əlaqədar
Patrik Hikki: Azərbaycan artıq Yay Olimpiya Oyunlarına hazırdır
Hikki: Biz qitə oyunlarına çatışmayan beşinci həlqəni əlavə edirik
Avropa Olimpia Komitəsinin rəhbəri həbs edildi
BMT

BMT Ərdoğanın təhqiramiz karikaturalarının yayılmasını pislədi

1
(Yenilənib 12:17 29.10.2020)
Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır

BAKI, 29 oktyabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı (BMT) Fransanın "Charlie Hebdo" jurnalınının Məhəmməd Peyğəmbərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın da təhqiramiz karikaturalarını dərc etməsinə münasibət bildirib. Sputnik Azərbaycan-ın Türkiyənin TRT Haber saytına istinadən yaydığı məlumata görə, BMT-nin Sivilizasiyalar İttifaqının Ali nümayəndəsi Migel Anxel Moratinos yazılı açıqlamasında bütün dinlərə və inanclara qarşılıqlı hörmət etməyə, qardaşlıq və sülh mədəniyyətinin təbliğinə çağırıb.

Bu cür təxribatçı hərəkətlərin dinləri, inancları və ya etnik mənsubiyyətləri səbəbindən günahsız mülki insanlara qarşı zorakılıq hallarının artmasına gətirib çıxardığını vurğulayan Moratinos bildirib ki, dini atributları və müqəddəs simvolları təhqir etmək cəmiyyətdə kin və zorakılığı çoxaldır.

Ali nümayəndə, həmçinin qeyd edib ki, ifadə azadlığından bütün dini inanclara və ehkamlara hörmət edilmək şərti ilə istifadə olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın "Charlie Hebdo" jurnalını məhkəməyə verib.

Xatırladaq ki, 7 yanvar 2015-ci il tarixində silahlı şəxslər Charlie Hebdo-nun Parisdəki binasına basqın edərək 12 nəfəri öldürmüşdü. Əl-Qaidə təşkilatı Əlcəzair mənşəli Şərif və Səid Kouaçi qardaşlarının təşkil etdiyi hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Təşkilatdan bildirilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın əməkdaşlarından bu yolla intiqam alınıb.

 

1
Əlaqədar
"Charlie Hebdo" Ərdoğanın təhqiramiz karikaturalarını yayımladı
Hacıyev: "Charlie Hebdo" jurnalının Ərdoğanı hədəfə almasını kəskin şəkildə qınayırıq"
Ərdoğan "Charlie Hebdo"nu məhkəməyə verdi
Azərbaycan Türkiyə bayrağları, arxiv şəkli

Azərbaycan Türkiyəyə jest etdi, qardaş ölkə cavabsız qoymadı

11
(Yenilənib 12:01 29.10.2020)
"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qardaş Türkiyə Respublikasını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajı qurumun rəsmi "Twitter" hesabında yerləşdirilib.

"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik. Dünyaya örnək qardaşlığımız var olsun!" – deyə məlumatda bildirilir.

Qardaş ölkə Türkiyənin cavabı da özünü gecikdirməyib. Belə ki, Türkiyə XİN ölkələr arasında qardaşlıq münasibətinin bundan sonra davam edəcəyini bildirib.

11