Amerikanın Ankaradakı keçmiş səfiri Ceyms Cefri

ABŞ-dan Türkiyəyə təhdid: "Sizin üçün fəlakət olacaq"

1217
Ceyms Cefri: "Səudiyyəlilər, misirlilər hər şərtdə bizə yaltaqlanırlar. Ərdoğan isə bizimlə zidd düşür, ziddiyyətlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır"

BAKI, 16 avq — Sputnik. ABŞ-la Türkiyə arasında FETÖ məsələsi üzündən yaşanan gərginlik davam edərkən, Amerikanın Ankaradakı keçmiş səfiri Ceyms Cefri maraqlı açıqlamalar verib. Sputnik "Akşam" qəzetinə istinadla xəbər verir ki, Cefri deyib: "Səudiyyəlilər, misirlilər hər şərtdə bizə yaltaqlanırlar. Ərdoğan isə bizimlə zidd düşür, ziddiyyətlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Buna görə Ərdoğan Vaşinqtonda və Avropada sevilmir".

"Gülənçi"lərin dövlət qurumlarına, orduya sızdığını, özünün də illər əvvəl səfir işlədiyi dövrdə müşahidə etdiyini söyləyən Cefri daha sonra qeyd edib: "İşarələr, 15 iyul çevriliş cəhdini onların etdiyini göstərir. Amma bunun üçün dəlil lazımdır".

Sabiq səfir minlərlə dəlil olmasına baxmayaraq, Gülənin Türkiyəyə qaytarılmasının mümkünsüz olduğuna işarə edib: "Türkiyə hüququn üstünlüyünə əhəmiyyət vermir. Buna görə ölkənizə qarşı qəzəbliyəm".

"Türkiyə-Amerika əlaqələri son dərəcə təhlükəli bir məcraya doğru getmək üzrədir. Bu, Amerika üçün pis olacaq, amma Türkiyə xalqı üçün fəlakət olacaq", — deyə sabiq səfir, üstüörtülü şəkildə Türkiyəni təhdid edib.

1217
Teqlər:
Ceyms Cefri, FETÖ, Ərdoğan, Ankara, Türkiyə, ABŞ
Əlaqədar
Fətullah Gülənə 1900 illik həbs cəzası istənilir
Barak Obama Fətullah Gülən haqqında danışdı
ABŞ Fətullah Gülənin qaçması üçün şərait yaradır?
Bu ölkə Fətullah Güləni qəbul edə biləcəyini açıqladı
Fətullah Gülən ABŞ-dan başqa ölkəyə köçə bilər
"ABŞ Fətullah Gülənə görə Türkiyəni itirmək istəməz"