PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətindəki polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər

Türkiyədə terror baş verib

31
Partlayışda 20 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb. Polislərdən üçünün dünyasını dəyişdiyi bildirilir.

BAKI, 15 avq — Sputnik. PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətindəki polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib
© Sputnik / timeturk.com
Hadisə Diyarbəkir-Mardin avtomobil yolunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib

Xəbərə görə, partlayışda 20 polis əməkdaşı və çoxlu sayda mülki vətəndaş yaralanıb. Polislərdən üçünün dünyasını dəyişdiyi bildirilir.

Hadisədən sonra terrorçularla hərbçilər arasında silahlı atışma olub. Hadisə yerindən qaçan terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

31
Teqlər:
Diyarbəkir, PKK, Türkiyə, polis, terror
Əlaqədar
Qazaxıstanda "sarı" terror təhlükəsi səviyyəsinin müddəti uzadıldı
Hospitalda dəhşətli terror aktı törədilib
Suriyada dəhşət baş verir: terrorçular əhaliyə qarşı kimyəvi silahdan istifadə ediblər
35 PKK terrorçusu məhv edildi
Azərbaycan terror aktivliyi riski yüksək olan ölkələr siyahısına daxil edildi
Fransa prezidentinin doğulduğu yerdə terror aktı baş verib