Pakistanın Kvetta şəhərində hospitalda partlayış törədilib

Pakistanda dəhşət yaşanır: partlayış nəticəsində ölənlərin sayı durmadan artır

389
(Yenilənib 15:49 08.08.2016)
Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

BAKI, 8 avq-Sputnik. Pakistanın Bəlucistan əyalətinin cənub-qərbində, Kvetta şəhərində xəstəxanada törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Sputnik-in məlumatına görə, bir qədər əvvəl 53 nəfərin öldüyü, 50 nəfərin yaralandığı haqda məlumat yayılmışdı.

Pakistanın səhiyyə nazirliyi yaralıların çoxunun vəziyyətinin ağır olduğunu, ölənlərin sayının artmasının gözlənildiyini bildirib.

Hələlik partlayışın kim tərəfindən törədildiyi aydınlaşmayıb.

Partlayış səhər saatlarında, xəstəxananın reanimasiya şöbəsində törədilib.

Partlayışdan sonra naməlum şəxslər atəş açıblar.

Hadisə yerində Pakistan təhlükəsizlik qüvvələri əməliyyat keçirib.

389
Teqlər:
Bəlucistan, Kvetta, Pakistan, terror
Əlaqədar
Hospitalda dəhşətli terror aktı törədilib
Fransa prezidentinin doğulduğu yerdə terror aktı baş verib
Almaniyada terror təhlükəsi qalmaqdadır
Almaniyada dəhşətli terror aktı baş verib
ABŞ səfirliyi qarşısında terror şoku