Ərdoğan azərbaycanlıları mitinqə çağırdı

© AFP 2023 / ADEM ALTANРеджеп Тайип Эрдоган, президент Турции
Реджеп Тайип Эрдоган, президент Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: Onlar bizim öz ailəmizdəndir.

BAKI, 4 avq — Sputnik. Türkiyədə 15 iyul uğursuz hərbi çevrilişindən sonra həftələrdir davam edən demokratiya mitinqləri avqustun 7-də başa çatacaq. Yekun mitinqin daha da möhtəşəm olacağı gözlənilir.

Sputnik Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan mitinqə gələcək insanlardan önəmli xahiş də edib:

"Yedikapı meydanında keçiriləcək mitinq hər hansı partiyanın mitinqi olmayacaq. Bu, Türkiyədəki birliyin, qardaşlığın, çevriliş qarşısında bütün xalqın bərabər olduğunun nümayişi olacaq. Xahiş edirəm, meydana gələn vətəndaşlarım ancaq türk bayraqları ilə gəlsinlər. Hər hansı siyasi partiyanın bayraqları ilə yox. Mən həmçinin mitinqə Azərbaycan və Kipr Cümhuriyyəti bayraqları ilə gələnləri də görmək istəyərəm. Bu iki ölkə bayraqları da mitinqdə dalğalansın. Onlar bizim öz ailəmizdəndir".

Xəbər lenti
0