Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hİllari Klinton

"Bir güllə belə, atmadan İranın nüvə proqramını həll etdik"

26
Hillari Klinton: "Biz İsrailin təhlükəsizliyini Respublikaçılardan daha çox düşünürük"

BAKI, 29 iyul — Sputnik. "İsrailin təhlükəsizliyini Respublikaçılardan daha çox düşünürük. Biz bunu sözdə yox, əməldə edirik. Bir güllə atmadan İranın nüvə proqramını həll etdik. Bunu ən yaxın müttəfiqimiz İsrail üçün elədik".

Sputnik Bloomberg-ə istinadən xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton deyib. O, İranla nüvə proqramı üzrə sazişin əldə olunması ilə qürur duyduğunu deyib.

"Mən fəxr edirəm ki, biz bir güllə belə, atmadan İranın nüvə proqramını həll elədik. İndi biz bunu gerçəyə çevirməli və əvvəlki kimi İsrailin təhlükəsizliyini dəstəkləməliyik", — deyə Klinton bildirib.

26
Teqlər:
Hillari Klinton, Demokratlar Partiyası, Respublikaçılar Partiyası, ABŞ, iran, təhlükəsizlik, İsrail
Əlaqədar
ABŞ kəşfiyyatı xarici ölkə liderlərini necə dinləyirmiş?
Obama prezident seçkilərində rəsmi olaraq Klintonu dəstəkləyib
Donald Tramp Vladimir Putinin fikirlərini dəstəkləyib
Görün Donald Trampın neçə milyard dolları var imiş?
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

1
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

1
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

73
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

73
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ