Kəşfiyyat dinləmələri. Arxiv şəkli

ABŞ kəşfiyyatı xarici ölkə liderlərini necə dinləyirmiş?

228
(Yenilənib 11:26 29.07.2016)
Edvard Snouden: "Bizim hökumət xarici siyasi partiyalar və təşkilatlara kiber-hücumlar üçün xüsusi səlahiyyət verib, bəzi səhvlər buraxılıb"

BAKI, 28 iyul — Sputnik. ABŞ hökuməti xarici siyasi partiyalar və təşkilatlara kiber-hücumlar üçün səlahiyyət verib. Sputnik xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden deyib.

"Bizim hökumət xarici siyasi partiyalar və təşkilatlara kiber-hücumlar üçün xüsusi səlahiyyət verib. Bəzi səhvlər buraxılıb", — Snouden öz Twitter səhifəsində yazıb.

Sözlərini təsdiqləmək üçün o, 16 iyul 2010-cu il tarixli sənədə keçid dərc edib. Orada "məxfi" adı altında ölkələr və beynəlxalq təşkilatlar təsnif olunub. Sənəddə ayrı bir bəndlə "xarici siyasi təşkilatlar" qeyd olunub. Orada Pakistan Xalq Partiyası, Livandakı Amal Hərəkatı, Misirin "Müsəlman qardaşları" partiyası, Hindistanın "Bharatiya Janata" xalq partiyası və Rumıniyanın "Milli Qurtuluş Cəbhəsi" partiyası yer alıblar.

Sənədi dərc etmək üçün Snouden uyğun vaxt gözləyirdi. Amerikada Wikileaks tərəfindən Demokratlar Partiyasının Milli Komitəsinin 19252 elektron məktubunun dərc edilməsi nəticəsində yaranan qalmaqal buna uyğun oldu. Yazışmalar partiya funksionerlərinin qaydalara zidd olaraq namizəd Hillari Klintonun xeyirinə çıxış etdiklərini təsdiqləyir.

Klintonun seçkiqabağı qərargahının nümayəndəsi anonim ekspertlərə istinadən bildirib ki, partiyanın serverləri rus hakerləri tərəfindən sındırılıb və guya bu, Rusiyanın respublikaçı namizəd olan Donald Trampa kömək niyyətinin olduğunu göstərir. Milyarderin seçki qərargahının nümayəndələri isə bu məlumatı qəti şəkildə təkzib ediblər.

Qeyd edək ki, Snouden 2013-cü ildə jurnalistlərə məxfi sənədlər verib. Sənədlərdə telefon danışıqlarının genişmiqyaslı dinlənilməsi, həmçinin ABŞ vətəndaşları və dünya liderlərinin elektron yazışmalarının izlənilməsi haqqında danışılırdı.

ABŞ-ın Ədliyyə Nazirliyi Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudeni hökümət mülkiyyətinin oğurlanması, milli təhlükəsizliklə bağlı informasiyanın qeyri-qanuni istifadəsi, eləcə də gizli kəşfiyyat məlumatlarının kənar şəxslərə könüllü ötürülməsində ittiham etdi. İttihamların hər bəndinə görə onu 10 il, ümumillikdə isə 30 il həbs və ya ölüm hökmü gözləyirdi.

İstintaqdan yayınan Snouden Moskvada tapıldı. O, bir müddət "Şeremetyevo" hava limanda qaldı, sonra isə Rusiya hakimiyyəti ona, ABŞ-a qarşı əməliyyatları dayandırmaq şərti ilə ölkədə üç il yaşamaq üçün sənəd verdi.

228
Teqlər:
dinləmə, Mərkəzi Kəşfiyyat İdarəsi, Edvard Snouden, dinləyici, kəşfiyyat, ABŞ
Əlaqədar
ABŞ kəşfiyyatının şefindən qorxulu Türkiyə açıqlaması
ABŞ kəşfiyyatı 20 ildir Vladimir Putini izləyir
Putin: Əsədə sığınacaq vermək, Snoudenə sığınacaq verməkdən asandır
Fransız xadimlər Assanc və Snoudenə siyasi sığınacaq tələb ediblər