Osteosarkomadan zədələnmiş ayaq sümüyü

Xərçəng xəstəliyinə dair şok tapıntı

8060
(Yenilənib 22:20 28.07.2016)
Alimlər xərçəngin qidalar və ekologiya ilə əlaqəsini təkzib edən faktları aşkara çıxarıblar. Sən demə, 1.7 milyon il əvvəl yaşamış insanın əcdadında da bu xəstəlik olub.

BAKI, 28 iyul — Sputnik. Paleontoloqlar "bəşəriyyətin beşiyi" sayılan CAR-da sivilizasiyadan əvvəlki insana aid sümüklər tapıblar. O sümüklərin sahiblərinin ayaqlarında və ayaq sümüklərində xərçəngin əlamətləri aşkarlanıb. Bu tapıntı növbəti dəfə "paleodieta"nın faydaları barədə mifik fikirləri təkzib edib.

Sən demə, xərçəng həmişə bizim təkamülü izləyib. Bu barədə South African Journal of Science jurnalında dərc olunan məqalədə qeyd olunur.

"Müasir tibb hesab edir ki, xərçəng və müxtəlif şişlər müasir həyat tərzinin pozulmasının və ətraf mühitin çirklənməsinin məhsuludur. Bizim araşdırmalarımız göstərir ki, bu xəstəlik artıq milyon illər əvvəl, sənaye ölkələrinin yaranmasından çox-çox qabaq mövcud olub", — deyə CAR-dakı Vitvatersrand Universitetinin əməkdaşı Edvar Ouds (Edward Odes) bildirib.

Ouds və onun kollektivi "bəşəriyyətin beşiyi" adlandırılan yerdə, Yohannesburqun yaxınlığında yerləşən çökmə süxurların olduğu xüsusi kompleksdə aparılan qazıntı işləri zamanı bu faktın üstünü açıblar. Onların işlədiyi yerdə çox sayda Australopithecus Sediba adlanan qədim insanların və onların əcdadlarının sümükləri aşkarlanıb. Australopithecus Sediba bu gün Homo nəslindən olanların əcdadları olmağa əsas namizəd sayılırlar.

2009-cu ildə, qədim hominidlərin bu növdən olan qalıqlarının Li Berger tərəfindən açılmasından sonra alimlər fasiləsiz olaraq Malapa mağarası və Svartkrans kompleksi yanında qazıntı işləri aparırlar. Onlar avstralopiteklərin yeni qalıqlarını tapmağa və insanın təkamülünün "itirilmiş" nəslinin roluna iddia edənləri təsdiq, yaxud da inkar etməyə cəhd göstərirlər.

Berger öz komandası ilə birlikdə burada maraqlı tapıntılar əldə edib. Bu tapıntılar içərisində ən qədim insanda mövcud olmuş xərçəng və xoşxassəli şişlərin izləri aşkarlanıb. Bu qorxulu xəstəliyin əlamətləri 1.7-1.98 milyon il əvvəl Svartkrans mağarasında yaşamış avstralopitek sedibasına aid iki naməlum hominidin sümüklərinin tədqiqi zamanı ortaya çıxıb.

Bu qalıqlar sümük osteoması adlanan sümüklərin xoşxassəli şişlərindən əziyyət çəkən 12-13 yaşlarında iki gənc məhbusa aiddir. Bu şişlər sümüklərin daxilindəki sümük toxumalarında nəzarət olunmayan böyümə nəticəsində meydana gəlir.

İndiyə qədər belə şiş elmə məlum olan ən gənc primatda aşkarlanmışdı. Osteomanın araşdırılması zamanı məlum olmuşdu ki, bu primatın belə gənc yaşda ölməsinin səbəbi şişin kəskin xroniki xəstəliklə müşayiət olunması olub.

Avstralopitekin daha qədim qalıqlarında isə öz növbəsində daha qorxulu şişlərin — bədxassəli osteosarkomanın izləri aşkarlanıb. Bu xəstəlik sözügedən fərdlərin ayaq və ayaq barmaqlarına yayılıb.

Yəqin ki, bu sümük törəmələri primatların yeriməsinə mane olub və eynilə osteomada olduğu kimi mağaranın ilk sakinləri üçün çox ağrılı keçib. Təəssüf ki, bu şişlərin daşıyıcılarının cinsini və yaşını qalıqların parçalanması səbəbindən dəqiq təyin etmək mümkün olmayıb.

Alimlər qeyd edirlər ki, qədim insanlar arasında ən qədim xərçəng xəstəliyinə dair nümunələr Xorvatiyadakı Krapina mağarasında tapılan neandertallarda aşkarlanıb. O neandertalların yaşı isə cəmi 120 min il olub. Berger və onun kolleqalarının fikrincə, insan nəslindən olanların ən qədim nümunələrində aşkarlanan bu fakt göstərir ki, insanlar arasında mövcud olan həmin şişləri təbiətin çirklənməsi, qidaların bişirilməsi və yaxud da xam "paleodieta"larla izah etmək olmaz.

8060
Teqlər:
CAR, "bəşəriyyətin beşiyi", sivilizasiya, xərçəng, xəstəlik
Əlaqədar
Bakıdakı dükanlarda xərçəng yaradan tomat pastaları satılır?
Bu bitkinin xərçəngi 16 saata yox etmək xassəsi təsdiqlənib
Azərbaycanlı futbolçuda xərçəng xəstəliyi aşkarlandı
Mədə xərçəngini törədən ağ düşmən
Döş xərçənginə tutulmaq istəmirsinizsə...
Qadınlar döş xərçəngindən necə yaxa qurtara bilərlər?

Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"

55
Rusiya lideri: "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı".

BAKI, 22 oktyabr - Sputnik. "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

55
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il

Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir

34
(Yenilənib 21:40 22.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığında Qarabağ məsələsinə toxunub.

BAKI, 22 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan deyib:

"Bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir".

34
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"