Daha bir türk əsgəri şəhid oldu

© Photo : okursan.netŞəhid əsgər
Şəhid əsgər - Sputnik Azərbaycan
Abunə olmaq
PKK terrorçularının yola yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində bir hərbçi həlak olub, biri yaralanıb

BAKI, 26 iyul — Sputnik. Türkiyənin Van vilayətində terror aktı törədilib. Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, hadisə Edremit rayonunun Hacıbekir məhəlləsində zirehli hərbi avtomobilin keçidi zamanı baş verib.

Xəbərə görə, PKK terrorçularının yola yerləşdirdikləri partlayıcı maddənin işə düşməsi nəticəsində bir hərbçi həlak olub, biri yaralanıb. Eyni zamanda, silahlı insident zamanı 2 polis əməkdaşı da yaralanıb. Terrorçuların məhvi üçün bölgədə genişmiqyaslı əməliyyat başlayıb.

Xəbər lenti
0