Türkiyə məhkəmələrində köklü dəyişiklik edildi

© Photo : Anadolu AgentliyiTürkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Kassasiya Məhkəməsinə 267, Ali Məhkəməyə isə 75 nəfər yeni üzv təyin edilib

BAKI, 25 iyul — Sputnik. Bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın sədrliyi ilə Hakim və Prokurorlar Ali Şurasının (HSYK) toplantısı keçirilib. Sputnik Türkiyə NTV-nə istinadən xəbər verir ki, toplantıda HSYK İdarə Heyətinin 17 üzvü iştirak edib.

Yığıncağın sonunda Kassasiya Məhkəməsinə (Yargıtay) 267, Türkiyə Ali Məhkəməsinə (Danıştay) 75 nəfər yeni üzv təyin edilib. HSYK yeni təyinatları hər iki məhkəmənin üzvlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əsaslandırıb.

Xatırladaq ki, baş nazir Binəli Yıldırım dövlət çevrilişi cəhdinə görə aparılan istintaq tədbirləri çərçivəsində, 2100 hakim və prokurorun həbs edildiyini bildirib. Onların arasında HSYK-nın 5 üzvü də var.

Xəbər lenti
0