Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP-nin sədri Dövlət Bağçalı ilə görüşdə. Ankara, Prezident iqamətgahı. 25 iyul 2016-cı il

Ərdoğan müxalifət liderləri ilə görüşüb

76
Siyasi partiya sədrlərinin qatıldığı görüşə HDP sədri Səlahəddin Dəmirtaş dəvət olunmayıb

BAKI, 25 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşüb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə AKP sədri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib.

Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş isə iqamətgaha dəvət olunmayıb. Görüşdə əsas məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalını qarşılayır. Ankara, Prezident iqamətgahı. 25 iyul 2016-cı il
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalını qarşılayır. Ankara, Prezident iqamətgahı. 25 iyul 2016-cı il
CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür
© REUTERS / Kayhan Ozer/Presidential Palace/Handout
CHP lideri Kamal Kılıçdaroğlu Beştəpədəki prezident iqamətgahında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla görüşür

76
Teqlər:
Səlahəddin Dəmirtaş, Dövlət Bağçalı, Kamal Kılıçdaroğlu, Binəli Yıldırım, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, müxalifət, partiya
Əlaqədar
Ankarada sübh azanını Ərdoğan verdi
Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedir
"Polad Ələmdar" da Ərdoğanı dəstəklədi
Putinlə Ərdoğan Türkiyədəki çevriliş cəhdini müzakirə ediblər
İstanbul sakinləri Ərdoğanın şəkilləri ilə yürüş keçirdilər
Rəcəb Tayyib Ərdoğan: Bu xəyanətdir!

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

7
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

7
Bankada dollarlar, arxiv şəkli

"Dollar çökəcək" - amerikalı iqtisadçı

9
(Yenilənib 22:51 26.01.2021)
Amerikalı iqtisadçı Stiven Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq və ilin sonunadək 35% düşəcək

BAKI, 26 yanvar - Sputnik. Amerikalı iqtisadçı Stiven Rouç 2021-ci ilin sonunadək dolların 35% düşəcəyi barədə proqnozunu yenidən xatırladıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Bloomberg üçün yazdığı məqalədə məlumat verib. 

"Ötən ilin martında ABŞ-da COVID-19 pandemiyası "partlayış edəndən" bəri dollar çökməkdədir. O, ABŞ-ın əsas ticarət partnyorları ilə müqayisədə təxminən 10-12% düşüb", - iqtisadçı vurğulayıb. 

Rouç əmin edir ki, Amerika valyutasının enişi yaxın vaxtlarda dayanmayacaq. Onun fikrincə, ABŞ-ın cari büdcə ödəmələrindəki defisitin kəskin artımı, avro kotirovkalarının riskləri və Amerikanın Federal Ehtiyatlar Sistemi bu çöküşə səbəb olacaq. 

Bundan başqa, pandemiyanın davam etməsi, resessiyaya çox yaxın olan iqtisadiyyatın durumu da, iqtisadçının sözlərinə görə, dollara neqativ təsir göstərir. Hazırkı vəziyyətdə daha bir iqtisadi yardım paketinin ağır nəticələri ola bilər, çünki "ABŞ-ın ehtiyatları buna bəs etməyəcək".

Bloomberg bundan öncəki məqalələrinin birində ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş başçısı Canet Yellenin ölkənin maliyyə naziri olduqdan sonra dolların axırına çıxacağı barədə proqnoz vermişdi.

9
Teqlər:
proqnoz, iqtisadçı, ABŞ, çökmə, dollar