Alman polisi hadisə yerində

Almaniya daha bir terrorla silkələndi

137
(Yenilənib 11:41 25.07.2016)
Hadisə Ansbaxın mərkəzindəki restoranlardan birinin qarşısında baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

BAKI, 25 iyul — Sputnik. Almaniyanın Ansbax şəhərində, "Eugens Weinstube" restoranının qarşısında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Sputnik alman mətbuatına istinadən xəbər verir ki, ölmüş 27 yaşlı suriyalı indiyə qədər heç vaxt polisin nəzarətində olmayıb.

Polizei überwacht Flüchtlinge in München
© Sputnik / Sergei Stroitelev

Partlayış iyulun 24-dən 25-nə keçən gecə, yerli vaxtla saat 23-də Ansbaxın mərkəzindəki restoranlardan birinin qarşısında baş verib. Bazar günü şəhərdə musiqili festival keçirilib və bu festivalın iştirakçıları partlayışın obyekti olub.

Əvvəlcə yerli KİV xəbər verib ki, partlayışa səbəb qaz sızması olub. Sonra polis baş verən hadisənin terror aktı olduğunu bəyan edib. Bavariya polisi bəyan edib ki, partlayış nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Hazırda yaralılar xəstəxanadadır. Həkimlər onlardan 3-nün vəziyyətinin ağır olduğunu bildirirlər.

Polis bildirib ki, partlayıcı qurğunu ölmüş terrorçu özü işə salıb.
Nordbayern on-line nəşrinin məlumatına görə, ölən terrorçunun şəxsiyyəti dərhal müəyyən edilib — o, 27 yaşlı suriyalı olub.

  • Polis partlama baş verən sahədə axtarış apararkən
    Polis partlama baş verən sahədə axtarış apararkən
    © REUTERS / Michaela Rehle
  • Polis bildirib ki, partlayıcı qurğunu ölmüş terrorçu özü işə salıb
    Polis bildirib ki, partlayıcı qurğunu ölmüş terrorçu özü işə salıb
    © REUTERS / Michaela Rehle
  • Polislər hadisə yerini mühasirəyə alıb
    Polislər hadisə yerini mühasirəyə alıb
    © REUTERS / Michaela Rehle
  • Almaniya polisi
    Almaniya polisi
    © REUTERS / Michaela Rehle
  • Hadisə yerində təcili tibbi yardım maşınları
    Hadisə yerində təcili tibbi yardım maşınları
    © REUTERS
1 / 5
© REUTERS / Michaela Rehle
Polis partlama baş verən sahədə axtarış apararkən

"O, iki il bundan əvvəl Almaniyaya gəlib. Ötən il hökumət ona qaçqın statusu verməkdən imtina edib. Partlayışın onun tərəfindən törədildiyi ehtimal edilir" — deyə Bavariyanın daxili işlər naziri İohann Herrmann bildirib.

Hermannın sözlərinə görə, bu, sözügedən şəxsin ilk intihar cəhdi deyil: "O, Almaniyada yaşadığı müddətdə iki dəfə intihara cəhd edib və həkimlər onun həyatını xilas ediblər".

Polis terrorçunun ekstremist qruplaşmalardan birinin üzvü olduğunu istisna etmir. Lakin güc strukturlarında bu barədə məlumat yoxdur. Suriyalı terrorçunun əlbir olduğu şəxslərlə bağlı da hələlik polis hər hansı fakt əldə etməyib.

"Biz ona məxsus telefonu tapmışıq. Hazırda o telefon araşdırılır. Bir neçə saat ərzində telefonla bağlı məlumatlar aşkarlanacaq", — deyə Nürnberq şəhər polisinin rəis müavini Roman Fertinger bidirib.

Partlayış yerində xeyli sayda partlayıcı qurğuya aid metal əşyalar aşkarlanıb.

137
Teqlər:
terror, Almaniya, Bavariya, Ansbax, 'Eugens Weinstube'
Əlaqədar
Nitsa terroru ilə bağlı məhkəmə başlayır
Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir
İŞİD Fransa terrorunun məsuliyyətini öz üzərinə götürdü
Nitsadakı terror aktından bir neçə dəqiqə sonra
Culian Assanj, arxiv şəkli

"WikiLeaks”in qurucusunu necə öldürməli? MKİ-nin qorxunc planının üstü açıldı

118
(Yenilənib 23:44 26.09.2021)
Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi.

BAKI, 26 sentyabr - Sputnik. ABŞ administrasiyasının bir sıra rəsmiləri və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) yüksək vəzifəli şəxsləri 2017-ci ildə “WikiLeaks”in qurucusu Culian Assanjın oğurlanması və hətta öldürülməsi ehtimalını müzakirə ediblər.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə “Yahoo News” portalı adı açıqlanmayan keçmiş məmurlara və əks kəşfiyyatla məşğul olan şəxslərə istinadən məlumat yayıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin Assanjı qaçırmaq planı, belə bir əməliyyatın qanuniliyi və praktikliyi ABŞ-ın o zamankı prezidenti Donald Trampın administrasiyasında qızğın müzakirələrə səbəb olub.

Qeyd olunub ki, Assanjın oğurlanması və ya qətlə yetirilməsi bağlı müzakirələr idarədə ən yüksək səviyyədə aparılıb.

Kəşfiyyat idarəsi həmçinin “WikiLeaks” təşkilatına nəzarəti genişləndirmək, üzvləri arasında nifaq salmaq və elektron cihazlarını oğurlamaq niyyətində idi.

Xatırladaq ki, bu il avqustun 11-də İngiltərə məhkəməsi "WikiLeaks"in qurucusunun intihar riski səbəbindən Vaşinqtona təhvil verilməməsi ilə bağlı Londonun etirazına iddia edən ABŞ-ın apellyasiyasını nəzərdən keçirib. İngiltərənin paytaxtında keçirilən dinləmə fonunda, həmin gün altı aydan çox müddətdə ilk dəfə məhkəməyə çıxan 50 yaşlı avstraliyalıya dəstək üçün mitinqlər keçirilib.

Bir müddət əvvəl məlum olub ki, məhkəmə Assanjı 2018-ci ildə aldığı Ekvador vətəndaşlığından məhrum edib. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi jurnalistə qarşı 18 ittiham irəli sürüb, yalnız o, ABŞ-a təhvil verilsə, onu 175 il həbs cəzası gözləyə bilər. ABŞ-ın 45-ci prezidenti olan Donald Trump 2016-cı ildə Demokrat Partiyasının serverlərdən oğurlanmış məktubların mətnlərini ona kimin verdiyini söyləyərsə, Assanjı əfv edəcəyinə söz vermişdi.

Assanjın maraqlarını təmsil edən vəkil Karlos Poveda daha sonra müvəkkilinin qanuni olaraq Ekvador vətəndaşlığı almaq hüququna malik olduğunu əminliklə bildirib. O qeyd edib ki, Ekvador hakimiyyətinin qərarı sübutların toplanması zamanı "şübhəli siyasətçi olan" Pablo Selinin rəhbərlik etdiyi Baş Təftiş Komissiyasının hesabatına əsaslanıb. "Hazırda o, korrupsiya maddəsi ilə ittiham olunur və 18 cinayət işi üzrə saxlanılır", - deyə vəkil bildirib.

 

2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.

Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Həmçinin oxuyun: 

* Culian Assanj altı ay sonra məhkəmədə göründü

* London məhkəməsi Culian Assanjı ABŞ-a vermədi

118
Almaniya bayrağı, arxiv şəkli

Almaniyada seçkilər: Merkelin bloku sosial-demokratlara uduzur

364
(Yenilənib 23:07 26.09.2021)
Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.

BAKI, 26 sentyabr — Sputnik. Olaf Şoltsun rəhbərlik etdiyi alman sosial-demokratları bundestaqa (parlament) seçkilərində 26 faiz səslə liderlik edir.

Sputnik Azərbaycan xəbər verir ki, ZDF telekanalında yayımlanan ilkin ekzitpol məlumatlarına görə, Almaniya mühafizəkarlar partiyası (Angela Merkelin bloku) Armin Laşetin liderliyi ilə 24 faiz səs toplayaraq ikinci yerdə gedir. Yaşıllar ittifaqı partiyası Annalena Berbokun başçılığı ilə 14,4 faiz səslə üçüncü sırada qərarlaşır. Həmçinin “sollar” 5 faiz səslə parlamentə keçir.

Seçkilərin ilkin rəsmi nəticələri bazar sentyabrın 27-nə keçən gecə, yekun nəticələr isə təxminən iki həftə sonra dərc ediləcək.

Koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.

Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.

İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.

Daha əvvəl exit-poll-un nəticəsinin seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacağı bildirilib. 

Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub.

Həmçinin oxuyun:

* Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu

364

Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür

254
(Yenilənib 00:09 27.09.2021)
Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

BAKI, 27 sentyabr - Sputnik. Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tap gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutulub. 

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq geniş miqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikalı əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Üçtərəfli bəyanatın imzalanması 

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Azərbaycan və Ermənistanın hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək, bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altına verilib.

Bəyanatda qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Anım Gününün təsis edilməsi

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Anım Günündə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunacaq.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən anım tədbirləri keçiriləcək.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri olacaq.

254