Baş nazirlə ana müxalifət lideri arasında təkbətək görüş olub

© Photo : hurriyet.com.trTürkiyənin baş naziri Binəli Yıldırımla CHP lideri Kamal Kılıçdaroğlu
Türkiyənin baş naziri Binəli Yıldırımla CHP lideri Kamal Kılıçdaroğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırım: "Müxalifətin dəstəyi bizim alçaqcasına atılmış addımın qarşısının alınması və xalqın meydanlara enməsində işimizi asanlaşdırdı"

BAKI, 19 iyul — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırımla CHP lideri Kamal Kılıçdaroğlu bu gün Ankarada Çankaya Köşkündə görüşüblər. Onlar görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Sputnik Hurriyet-ə istinadən ilk söz alan Kılıçdaroğlu deyib: "İctimaiyyət ciddi bir travma yaşadı. Sürətlə normallaşmaya doğru getməliyik".

Alparslan Çelik - Rusiyanın Su-24 qırıcısının pilotunu öldürməkdə günahlandırılan şəxs - Sputnik Azərbaycan
Rusiya-Türkiyə münasibətlərini "korlayan" pilotlarla bağlı yeni iddialar ortaya çıxıb

Öz növbəsində Yıldırım bildirib: "Bu gün Kamal Kılıçdaroğluna məlumat verdim. Çevrilişlə bağlı lazımi tədbirlər görülüb, hadisə nəzarət altına alınıb. Siyasi iradə qalib gəlib, demokratiya qazanıb".

Türkiyənin baş naziri, çevriliş cəhdi zamanı hökumətə dəstək verməsinə görə CHP liderinə də təşəkkürünü ifadə edib: "Hadisələr başlayan andan etibarən ana müxalifət partiyasının sədri kimi göstərdiyi qayğı, birlik və bərabərlik istiqamətində dəstəyinə görə ona təşəkkür edirəm. Bəzi digər partiyalardan da eyni anlayışı gördük. Bu, bizim alçaqcasına atılmış addımın qarşısının alınması və xalqın meydanlara enməsində işimizi asanlaşdırdı".

"Bundan sonra daha diqqətli olmalıyıq. Bu məsələlər həll edilərkən vəziyyətdən istifadə edən təxribatçıların olması hər zaman mümkündür. Bu işlərə baş qoşan adamlara dərhal cavab verməliyik", — B. Yıldırım vurğulayıb.

Onun sözlərinə görə, bir səhv başqa bir səhvlə düzəldilə bilməz: "Problemlər hüquq çərçivəsində həllini tapacaq. Hüquqi dövlətdə qətiyyən intiqam qəbul edilə bilməz. Bundan sonra da vəzifələrini yerinə yetirərkən qanundankənar hərəkət edən olarsa, ən şiddətli şəkildə onların üzərinə gediləcək. Mən bir daha Kamal Kılıçdaroğluna bu davranışına görə təşəkkür edirəm".

Xəbər lenti
0