Alparslan Çelik - Rusiyanın Su-24 qırıcısının pilotunu öldürməkdə günahlandırılan şəxs

Rusiya-Türkiyə münasibətlərini "korlayan" pilotlarla bağlı yeni iddialar ortaya çıxıb

167
(Yenilənib 12:24 19.07.2016)
Hər iki hərbçi həbs edilib. Prokuror Baş Qərargah İdarəsindən Su-24 təyyarəsi vurulan gün iş başında olan hərbçilərin siyahısını istəyib.

BAKI, 19 iyul — Sputnik. Türkiyədə 2015-ci ilin noyabrında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vuran iki pilot həbs edilib. Sputnik-in xəbərinə görə, bu barədə Türkiyənin yüksək vəzifəli məmurlarından biri məlumat verib.

"Suriya sərhədi yaxınlığında Rusiyanın "Su-24" təyyarəsini vuran iki türk pilot saxlanılıb", — deyə mənbə bildirib.

Пальмира
© Sputnik / Максим Блинов

Türkiyənin "Hürriyet" qəzetinin yazdığına görə, ölkənin hava sərhəddini pozduğu üçün vurulan Rusiya döyüş təyyarəsinin pilotunu öldürdüğü iddiası ilə Alparslan Çelik haqqında yenidən başlanan istintaq, çevrilişə cəhddən sonra yeni məna kəsb etməyə başlayıb. Terror və Cinayətə Təşviq Bürosunun prokuroru Berkant Karakaya, bu cinayət işinə bəzi qəzetlərdə çıxan xəbərlər və Rusiya rəhbərliyinin açıqlamalarından sonra çevriliş cəhdinə qatılan əsgərləri də əlavə edib.

Alparslan Çelik haqqında prokurorluğun "ağır təhrik altında adam öldürmə" ittihamı üzrə iş apardığı ortaya çıxıb. Yeni iddia və dəlilləri təsdiqləyən prokuror Berkant Karakaya, Alparslan Çelik haqqında çıxardığı təqib etməmək qərarını ortadan qaldırıb. İndiyə qədər İzmir 27-ci Cəza Məhkəməsində haqqında "Odlu silah gəzdirmək" ittihamı ilə 9 ilə qədər həbs cəzası istənilən Alparslan Çelik, başqa cinayətlərlə bağlı həbsxanada saxlanılır.

Prokuror Berkant Karakaya, bəzi qəzetlərdə Rusiya təyyarəsinin vurulması ilə bağlı çevrilişə cəhd edən hərbçilərin, Türkiyəni çətin vəziyyətdə qoymaq üçün bu addımları atdıqları barədə iddialar yer aldıqdan sonra istintaqı genişləndirib.

İstintaqın genişləndirilməsinə digər səbəb isə rusiyalı mütəxəssislərin buna bənzər açıqlamaları olub. Berkant Karakaya, Rusiya təyyarəsinin vurulduğu gün vəzifə başında olan hərbçilərin adlarının siyahısını Baş Qərargah İdarəsindən tələb edəcəyini bildirib.

"Əgər həmin adamlar arasında hazırda çevriliş cəhdi ilə bağlı həbs olunanlar varsa, onlarla bağlı cinayət işi açılacaq" — deyə prokuror bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin hava sərhədini pozduğu iddia olunan Rusiyanın "Su-24" qırıcısı türk hərbçilər tərəfindən vurulub. Nəticədə rus pilotlardan biri təyyarədə həlak olub. Katapult edən ikinci pilotun isə qeyri-rəsmi silahlı birləşmələrin üzvü olduğu güman edilən Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir.

Bu hadisə Türkiyə ilə Rusiya arasında münasibətlərin korlanmasına səbəb olmuşdu. Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirmişdi. İyun ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın pilotların ailəsindən üzr istəməsindən sonra, iki ölkə arasında münasibətlər düzəlməyə başlayıb.

167
Teqlər:
Berkant Karakaya, Alpaslan Çelik, pilot, "Su-24" qırıcı təyyarəsi, Suriya, Rusiya, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Ölən rus pilotun ailəsinə Antalyada ev veriləcək
Pilotlar təyyarədə yuxuladılar
Türk deputat: "Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar"
Ankara terrorunun hədəfi türk hərbi pilotları olub
Türkiyənin vurduğu Su-24 təyyarəsinin pilotu dəfn edilib
Sputnik V peyvənd, arxiv şəkli

İran vaksin ala bilmək üçün onu qeydiyyatdan keçirdi

1
(Yenilənib 20:03 26.01.2021)
"Biz ümid edirik ki, yaxın gələcəkdə onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq"

BAKI, 26 yanvar — Sputnik. Rusiya istehsalı olan "Sputnik V" İranda uğurla qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Sizi məlumatlandırmaq istəyirik ki, "Sputnik V" vaksini dünən İranda qeydiyyatdan keçib. O, bizim sanitar rəhbərliyimiz tərəfindən təsdiqlənib və biz ümid edirik ki, yaxın gələcəkdə biz onu ala biləcəyik, həmçinin Rusiya və İranın müvafiq institutları tərəfindən birgə istehsala başlayacağıq", - deyə Zərif qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 11-də Rusiya Prezidenti Vladimir Putin ölkəsində koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib.

Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb. Bu ad 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

1
Teqlər:
qeydiyyat, Sputnik-V peyvəndi, vaksin, Rusiya, İran
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü, Rossiya Segodnya media qrupunun icraçı direktoru Kirill Vışinski, Latviyanın Moskvadakı səfirliyi yanında Latviya və Baltikyanı ölkələrdə rusiyalı media işçilərinin təzyiqlərinə qarşı piketdə

Vışinski Butina Latviya səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

6
(Yenilənib 18:51 26.01.2021)
"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir"

BAKI, 26 yanvar — Sputnik. Rusiyanın İnsan Hüquqları Şurasının üzvü, "Rossiya seqodnya" media qrupunun icraçı direktoru Kiril Vışinski və İctimai Palatanın üzvü, Amerika həbsxanasından azadlığa buraxılmış Mariya Butina Latviyanın Moskvadakı səfirliyinin qarşısında təkbaşına etiraz aksiyası keçiriblər. Onlar Rusiya KİV-lərində çalışanların Latviyada və bütövlükdə Baltikyanı ölkələrdə təqib olunmasına etiraz ediblər. Bu barədə RİA Novosti məlumat yayıb.

Aksiya vaxtı simvolik olaraq qollarına qandal taxmış Butina üzərinə "Sərt rejimin söz azadlığı zonası" yazılmış plakat açıb. Vışinski də öz növbəsində jurnalistlərin təqib olunmasını dayandırmağa çağırıb.

"Təəssüf ki, mən bir daha qandal taxmaq məcburiyyətində qaldım. Əslində, bu mənim görmək istədiyim axırıncı işdir, ancaq başqa əlacım yoxdur. Bu bizim həmvətənlərimizlə, Latviyadakı jurnalistlərlə həmrəylik aksiyamızdır. Onları alternativ nəzər nöqtəsinə sahib olduqlarından, Rusiya KİV-ləri ilə əməkdaşlığa görə təqib edirlər", – deyə Butina vurğulayıb.

İctimai fəal Latviyada baş verənləri hakimiyyətin söz azadlığına və ümumbəşəri dəyərlərə qarşı zülmü kimi dəyərləndirib.

"Latviyada yalnız bizim həmkarımız olan jurnalistlərin deyil, həmvətənlərimizin (rusların) də hüquqları kobud şəkildə pozulur. Jurnalistlərin əsas haqqı əlindən alınır, onlara işləmək istədikləri redaksiyanı seçmək hüququ verilmir. Latviyada Avropa sanksiyaları kimi anlayışların manipulyasiya edilməsi faktı təkcə biz, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən deyil, həm də ölkəmizə bir o qədər də rəğbət bəsləməyən təşkilat - Sərhədsiz Reportyorlar Birliyi tərəfindən də qeydə alınıb", – deyə Vışinski vurğulayıb.

© Sputnik / Maksim Blinov

Xatırladaq ki, 2020-ci ilin dekabr ayının 3-də Latviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Riqada Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərlə bağlı xüsusi əməliyyat keçiriblər. Rusdilli jurnalistlərə qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə (beynəlxalq təşkilatların sanksiyalarına əməl etməmək) ittiham irəli sürülüb. Bununla əlaqədar jurnalistlər dindiriliblər, onların evlərində axtarış aparılıb və ölkədən çıxmamaları barədə dillərindən iltizam alınıb.

Qeyd edək ki, hadisə baş verdiyi vaxt Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərək Latviya Dövlət Təhlükəsizlik Xidmətinin Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin pozulması kimi qiymətləndirib.

"Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov isə Latviya hakimiyyət orqanlarının jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi dəyərləndirib.

6
Teqlər:
səfirlik, Latviya, etiraz, Kirill Vışinski