Türkiyədə Hərbi Hava Məktəbinə basqın

© AP Photo / Murad SezerTürkiyə Hərbi Hava Məktəbinin məzunları. Arxiv şəkli
Türkiyə Hərbi Hava Məktəbinin məzunları. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorla Mübarizə Şöbəsinin əməkdaşları bu səhər Yeşilköy məhəlləsindəki Hərbi Hava Məktəbində əməliyyat keçiriblər

BAKI, 18 iyul — Sputnik. İstanbul polisi dövlət çevrilişinə cəhdlə bağlı Hərbi Hava Məktəbində əməliyyat keçirib. Sputnik Haberturk-ə istinadən xəbər verir ki, Terrorla Mübarizə Şöbəsinin briqadaları bu səhər Yeşilköy məhəlləsindəki Hərbi Hava Məktəbinə gedib.

Çevik qüvvə və xüsusi təyinatlı polis işçilərindən ibarət qruplar, rəsmi və mülki maşınlarla binanın ərazisinə daxil olub. Məktəbdə və yataqxanalarda axtarış aparılıb.

Xəbər lenti
0