Qazaxıstanın Alma-Ata şəhərinin mərkəzində silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb

Qazaxıstanda ara qarışdı: "qırmızı terror" baş verir

141
(Yenilənib 13:28 18.07.2016)
Milli Təhlükəsizlik Komitəsi hücumun əsas hədəflərinin rayon polis idarələri və Qazaxıstan Milli Təhlükəsizlik departamentləri olduğunu bəyan edib

BAKI, 18 iyul — Sputnik. Qazaxıstanın Alma-Ata şəhərinin mərkəzində bir neçə polis şöbəsinə edilən silahlı basqın nəticəsində bir neçə polis əməkdaşı ölüb. Ölənlərin dəqiq sayı müəyyənləşdirilir.

Sputnik Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə şəhərin terrorizmlə mübarizə qərargahı xəbər verib. Daha əvvəl yerli KİV şəhərin Almalı rayonu yaxınlığında yerləşən daxili işlər şöbəsində silahlı münaqişə barədə məlumat vermişdi.

Məlumata görə, atışma nəticəsində ən azı bir polis əməkdaşı ölüb, bir neçəsi isə yaralanıb. Bildirilib ki, hücumlar bir neçə istiqamətdə təşkil edilib. Atışma Alma-Atanın bir sıra rayonlarında baş verib.

Alma-Atanın terrorizmlə mübarizə üzrə operativ qərargahı cinayətkarlardan birinin saxlanıldığını, digərləri haqqında isə axtarış elan edildiyini bildirib. Şəhərdə terrorun ən yüksək səviyyəsi hesab edilən "qırmızı terror"un baş verdiyi qeyd olunub.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi hücumun əsas hədəflərinin rayon polis idarələri və Qazaxıstan Milli Təhlükəsizlik departamentləri olduğunu bəyan edib. Qeyd olunur ki, 7 polis əməkdaşı xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilib.

141
Teqlər:
Almalı rayonu, "qırmızı terror", Alma-Ata şəhəri, basqın, Qazaxıstan, hücum, terror
Əlaqədar
Qazaxıstanda dövlət çevrilişinə cəhd olub
Qazaxıstanda terrorçular zərərsizləşdirilib
Qazaxıstanda qanlı olaylar baş verib
Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya edildi