İncirlik hərbi bazasının türk komandiri, general Bəkir Ərcan

Çevriliş gecəsi türk generaldan ABŞ-a şok telefon zəngi

10978
(Yenilənib 11:00 18.07.2016)
Həbs olunan general İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin edib

BAKI, 18 iyul — Sputnik. Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı yeni iddialar ortaya çıxıb. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Adanada yerləşən İncirlik hərbi bazasının türk komandiri, general Bəkir Ərcan ABŞ-dan sığınacaq istəyib.

Hadisənin olduğu gecənin səhəri həbs olunan Bəkir Ərcanın, İstanbul və Ankara şəhərlərində strateji dövlət obyektlərini bombalayan F-16 qırıcılarını yanacaqla təmin etdiyi bildirilir. Onun Vaşinqtondan sığınacaq istəməsi xəbəri ABŞ mediasında da yer alıb.

New York Times qəzetinin yaydığı məlumata görə, hərbi çevriliş cəhdi uğursuzluğa düçar olandan dərhal sonra, İncirlik hərbi bazasının türk komandiri B. Ərcan Amerikaya telefon açıb. Ağ Evdəki rəsmilərdən müsbət cavab ala bilməyən komandir hava işıqlaşana yaxın polis tərəfindən həbs olunub.

10978
Teqlər:
sığınacaq, Bəkir Ərcan, dövlət çevrilişinə cəhd, dövlət çevrilişi, Amerika, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
İstanbula zirehli texnika yeridilib
Türkiyədə çevrilişə cəhddən sonra 2400-dən artıq hərbçi həbs edilib
Türkiyədə çevriliş cəhdində həlak olanların dəfn mərasimi keçirilib
Putinlə Ərdoğan Türkiyədəki çevriliş cəhdini müzakirə ediblər
Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb