İstanbula zirehli texnika yeridilib

© REUTERS / Kemal AslanTaksim meydanında tank
Taksim meydanında tank - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. İstanbul təhlükəsizlik xidmətinin rəisi icazə olmadan şəhər üzərində uçan helikokopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.

BAKI, 18 iyul — Sputnik. İstanbula 1800 nəfərlik xüsusi təyinatlı polis qüvvələri yeridilib. APA-nın "Anadolu"-ya istinadən verdiyi xəbərə görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi təyinatlılar strateji əhəmiyyətli obyektlərdə yerləşdirilir. Şəhərə həmçinin zirehli texnika yeridilib. İstanbul təhlükəsizlik xidmətinin rəisi icazə olmadan şəhər üzərində uçan helikokopterlərin xəbərdarlıq etmədən vurulmasına dair əmr verib.

Xatırladaq ki, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb.

Xəbər lenti
0