Türkiyədə dövlət çevrilişinə cəhd

Türkiyədə çevriliş cəhdində həlak olanların dəfn mərasimi keçirilib

83
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu da dəfn mərasiminə qatılıb

BAKI, 17 iyul — Sputnik. Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində həlak olanlar son mənzilə yola salınıb. Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna salavat verilib, dualar oxunub.

İstanbuldakı Fatih məscidində 7 şəhidin cənazə namazı qılınıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 11-ci prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq baş nazir Əhməd Davudoğlu cənazə namazının qılınmasında iştirak ediblər.

Şəhidlərin son mənzilə yola salınması mərasimi Ankarada və digər şəhərlərdə də təşkil edilib. Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılıb. Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunub.

83
Teqlər:
Əhməd Davudoğlu, İsmail Kahraman, Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan, dəfn, dövlət çevrilişinə cəhd, hərbi çevriliş, Türkiyə
Mövzu:
Türkiyədə hərbi çevriliş cəhdi (36)
Əlaqədar
Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb
Dəniz Baykal: 40 ildə belə bir "tragikomik" "çevriliş senarisi" görmədim
Türkiyə ölüm cəzasını bərpa edə bilər
Con Kerri: Əvvəlcə Türkiyə Gülənlə bağlı dəlilləri göstərsin
Barak Obama Türkiyədə baş verənlərlə bağlı fövqəladə iclas çağırıb
Türkiyə ABŞ-ın İncirlikdəki hərbi bazasını bağladı
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Bizimkilər qərar verərkən bu rəqəmlərə mütləq baxırlar

1
(Yenilənib 12:40 08.08.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb

BAKI, 8 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 19 379 517 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 721 375 nəfər vəfat edib, 11 740 071 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 941 min 796 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 875 378 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Teqlər:
Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Yoluxmanın artmasından ən çox həkimlər yorulublar
Azərbaycanda koronavirusa yoluxma sayı 129-a düşüb
O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
COVID-19-dan ölüm riskini artıran gözlənilməz amil açıqlanıb
Tamer Karadağlı, arxiv şəkli

“Çocuklar duymasın”ın Haluku: “Azərbaycan üçün könüllü əsgərliyə gedərdim

281
"Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik" - Tamer Karadağlı

BAKI, 8 avqust — Sputnik. Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı maraqlı açıqlamalar verib. Karadağlı “Jülide Ateşle 40” verilişində qonaq olarkən Azərbaycanla bağlı maraqlı sualları da cavablandırıb.

“Azərbaycan mədəniyyəti üçün darıxırsınızmı?” sualına məşhur aktyor belə cavab verib:

“Xeyr, darıxmıram, çünki o mədəniyyəti yaşayıram. Bütün ailəmiz o mədəniyyəti yaşayırdı. Evimizdə həmişə Azərbaycan yeməkləri hazırlanırdı, xalalarım, əmilərim Azərbaycandaymış kimi danışırdılar. Hər nə qədər Azərbaycan əsilli olsam da, ilk dəfə iki il əvvəl getdim oraya və yeməkləri, insanları, danışıqları o qədər yaxın gəlmişdi ki mənə, izah edə bilmirəm”.

Aparıcının “Azərbaycan üçün könüllü əsgərliyə gedərsinizmi?” sualına cavab isə daha maraqlı olub: “Məni bu yaşdan sonra almazlar, amma əgər ehtiyac olsa, çağırsalar, niyə də olmasın? Bir millət, iki dövlətik. Əgər elə düşünürüksə, onun üçün gərəkli olanları da yerinə yetirməliyik”.

Qeyd edək ki, 53 yaşlı aktyor “Bir tutam baharat”, “Memlekette Demokrasi Var”,  “Şans Kapıyı Kırınca”, “Pamuk prens” və s. filmlərində rol alıb. Serial sahəsində daha çox tanınan Karadağlı Türkiyənin ən məşhur “Acayib hikayeler”,  “Doktorlar”, ”Fedai”, “Ah kalbim” və s. seriallarına çəkilib. Azərbaycan tamaşaçısı isə onu “Çocuklar duymasın”dakı Haluk obrazı ilə sevib.

281
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
Gənc heykəltaraş bu dəfə polkovnikin xatirəsini əbədiləşdirib
Məşhur aktyor gizli şəkildə üçüncü dəfə evləndi
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?